Alqami kanalı döyüşü — Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlularla Əmir Teymurun nəvəsi Əbubəkr ibn Miranşahın başçılıq etdiyi Teymuri qoşunu arasında 1402-ci ilin sonlarında Bağdadı və İraqı ələ keçirmək uğrunda baş vermiş döyüş.[2]
Alqami kanalı döyüşü | |||
---|---|---|---|
Qaraqoyunlu-Teymuri müharibələri | |||
Tarix | 1402-ci ilin sonları | ||
Yeri | İraq, Bağdad yaxınlığı | ||
Səbəbi | Əmir Teymurun İraqı işğal etməyə çalışması | ||
Nəticəsi | Teymuri qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Elxanilərin rəqib monqol tayfaları olan Çobanilər, Cəlairilər, Müzəffərilər və İncuidlərə parçalanmasından sonra baş vermiş daxili mübarizə və xarici müdaxilələr onları Əmir Teymurun işğalları üçün ideal hədəfə çevirmişdir. 1393-cü ildə yürüşə çıxan Teymur İran, İraq, Azərbaycan, Ermənistan, Gürcüstanı işğal edib yağmaladıqdan sonra 1396-cı ildə Səmərqəndə geri döndü. O, İran Müzəffərilərini bu yürüş zamanı süquta uğratdı. Lakin o, Sultan Əhməd Cəlair komandanlığındakı Cəlairiləri və ona tabe olan türkmən konfederasiyasının başçısı Qaraqoyunlu Qara Məhəmməd Türemişi, onun oğlu Qara Yusifi ortadan qaldıra bilmədi.[3]
Nəhayət, o bu ikiliyə qarşı yürüşə başladı. Lakin Osmanlı dövləti onları qaçqın kimi qəbul etdi. Bu əsnada Misirin Məmlük sultanı Nəsrəddin Fərəc Teymurun elçisini qeyri-qanuni formada həbs etdirdi. Lakin o, bu iki düşməni aradan götürməmiş Sultan Əhməd və Qara Yusifə tərəf yönəlmədi. Suriyaya hücum edən Teymur oranı Məmlüklərdən işğal etdi və İraqa geri döndü. Bağdadı 1401-ci ilin 20 iyununda mühasirəyə alıb yandırdıqdan sonra Gürcüstana yönəldi və 20 iyul 1402-ci ildə Ankarada Sultan I Bəyazidi məğlub etdi.
Bu hökmdarların döyüşü zamanı Sultan Əhmədlə Qara Yusif yendən İraqa geri döndülər. Lakin bu iki qüvvə arasındakı gərginlik Sultan əhmədi Tikritə qaçmağa sövq etdi, Qara Yusif isə Bağdadı ələ keçirdi.
Teymur tez bir zamanda nəvəsi Əbu Bəkr Mirzəni İraqda Teymuri hakimiyyətini bərpa etməyə göndərdi. O, qoşunla irəlilədi və Alqami kanalının sahilində - Bağdadla Hillah arasında Qara Yusifin qoşunu ilə qarşılaşdı. Qara Yusif igidliklə döyüşsə də, 1402-ci ilin sonlarında məğlub oldu.[4]
Sultan Əhməd və Qara Yusif İraqdan yenidən qaçmağa məcbur oldular və bu dəfə Misirə yönəldilər. Lakin siyasi səbəblərə görə Sultan Nəsirəddin tərəfindən həbs edildilər. Sultan onların həbs edilməsi barədə Teymura məlumat verdi. Teymur onların ona təhvil verilməsini tələb etsə də, onun bu istəyi rədd edildi. Həbsdə birlikdə olan bu iki lider dostlaşdılar və razılığa gəldilər ki, onlar həbsdən sağ xilas ola biləcəkləri təqdirdə Sultan əhməd Bağdadı, Qara Yusif isə Azərbaycanı götürəcək və orada özünə hökmdarlıq quracaqdır.
1405-ci ildə Teymur vəfat etdikdən sonra Məmlük sultanı onların ikisini də onu ali suzeren kimi tanımaq şərti ilə azad etdi. Azad edildikdən sonra hər iki şəxs onu öz hakimləri kimi tanımaqdan imtina etdi. Sultan əhməd Hillaha gəldi və burada təşkil etdiyi üsyanla Bağdadı Teymuri canişinindən geri aldı. Eynisini Qara Yusif Azərbaycanda etdi və hakimiyyəti ələ aldı.[5]