Altı nömrəli məşhur (ing. Celebrity Number Six qısaldılmış formada CS6[1]) — Finlandiya tekstil mağazasından alınmış parça üzərində çap olunmuş, uzun müddət kimə məxsus olduğu bilinməyən qadın şəklinə verilən addır.
2020-ci ildə TontsaH adlı reddit istifadəçisi r/TipOfMyTongue subredditində post paylaşaraq, parça üzərində təsvir olunmuş 8 siluetin kimlərə məxsus olduğunu tapmaq üçün kömək istədi. Onlardan 7-si 2000-ci illərin ortalarında məşhurluq yaşayan aktyor və modellər olsa da, müəllif tərəfindən 6 rəqəmi ilə nömrələnmiş şəklin kimə aid olduğu müəyyən etmək çətin oldu və uyğun adlı (r/CelebrityNumberSix) subreddit yaradıldı.[2]
Subredditin üzvləri dörd il ərzində yüzlərlə nəticəsiz axtarışlar apardılar, o cümlədən parçanın tədarükçüsü ilə əlaqə saxlamağa cəhd göstərdilər. 2024-cü ildə StefanMorse adlı istifadəçi PimEyes aləti vasitəsilə şəkildəki şəxsin ispan model Leticia Sardan olduğunu ehtimal etdi.[3] Sentyabrın 8-də IndigoRoom adlı istifadəçi fotoqraf Leandre Escorsell tərəfindən 2006-cı ildə çəkilmiş orijinal şəkli yerləşdirdi (IndigoRoom Escorsell ilə əlaqə saxlamışdı, çünki onun Sardanın şəkillərini çəkdiyi bilinirdi). Ertəsi gün, 2009-cu ildən modellikdən təqaüdə çıxan Sarda, əlində həmin fotonu tutduğu şəkli yayımladı. Bundan sonra o, şəklin nüsxələrini satdı və yenidən modellik etməyə başladı.[4][5][6][7]