Altınbek Mamayusupov

Altınbek Mamayusupov (qırğ. Алтынбек Мамаюсупов; 1981, Qırğızıstan) — Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) Baş Katibi və Qırğızıstan Respublikası parlament nümayəndəsi.[1]

Altınbek Mamayusupov
Алтынбек Мамаюсупов
Doğum tarixi 1981
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti TÜRKPA Baş Katibi

Həyatı[redaktə | mənbəni redaktə et]

Altınbek Mamayusupov 1981-ci ildə Qırğızıstanda anadan olmuşdur. Qırğızıstan Beynəlxalq Universitetində oxumuşdur. Buradan 2008 ildə məzun olmuşdur. Daha sonra Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını 2012-ci ildə bitirmişdir. Eyni zamanda 2004-ci ildə Londonda yerləşən Aspekt Kaplan və 2005-ci ildə də Vestfild Biznes Məktəbini bitirmişdir.[2] [3]

Mamayusupov 2009-2013 illəri arasında Qırğız Respublikası Jogorku Keneşinin Protokol və işlər şöbəsində baş məsləhətçi, Protokol, Pasport və Viza xidmətinin müdiri, Beynəlxalq Əlaqələr və diplomatik Protokol şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Beynəlxalq Əlaqələr sektoru və Protokol bölməsinin müdiri vəzifələrində işləmişdir.[4][5]

O, 1-ci dərəcə dövlət müşaviridir. [6]

Mamayusupov qırğız, rus, ingilistürk dillərini bilir.[7][8]

Diplomatik karyerası[redaktə | mənbəni redaktə et]

Altınbek Mamayusupov diplomatik xidmətə 2013-cü ildə başlamışdır.[9][10]

2013-ci ildən 2017-ci ilə qədər Türkdilli Ölkələrin Parlament Assambleyası Baş Katibinin Müavini vəzifəsini davam etdirmişdir.

8 dekabr 2017-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TÜRKPA yeddinci Plenar Sessiyasında 4 illik müddətə Baş Katib olaraq seçilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  2. "Arxivlənmiş surət". 2018-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  3. "Arxivlənmiş surət". 2018-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  4. "Arxivlənmiş surət". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  5. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  6. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  7. "Arxivlənmiş surət". 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  8. "Arxivlənmiş surət". 2018-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  9. "Arxivlənmiş surət". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  10. "Arxivlənmiş surət". 2018-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.