İngiliscə Vikipediya

İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.920.769 məqalə yaradılıb.

İngiliscə Vikipediya
Saytın skrinşotu
Saytın skrinşotu
URL en.wikipedia.org
Layihənin mahiyyəti qeyri-kommersiya təşkilatı
Saytın tipi onlayn ensiklopediya
Qeydiyyat məcburi deyil
Dil ingilis dili
Sahibi Vikimedia Fondu
Yaradılma tarixi 15 yanvar 2001[1]
Məqalələrin sayı 6.920.769 (1-ci yer)
Faylların sayı 930.671
Səhifələrin sayı 61.981.715
Redaktələrin sayı 1.256.926.286
İstifadəçilərin sayı 48.375.554
Aktiv istifadəçilərin sayı 122.334
İnzibatçıların sayı 847
Dərinlik 1.283,6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir:

"Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".

  1. The Early History of Nupedia and Wikipedia: A Memoir - Slashdot (ing.). 2005.