Altay Əfəndiyev — (21 fevral 1958) Azərbaycan diplomatıdır. Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri. Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM (2016-cı ildən).
Altay Əfəndiyev | |
---|---|
Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri[1][2] | |
9 fevral 2010 – 19 may 2015 | |
Azərbaycanın Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri[2][3] | |
30 mart 2010 – 19 may 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1958 (66 yaş) |
Partiya | |
Fəaliyyəti | diplomat |
Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu, Moskvadakı Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Hollandiyanın "Klingendel" Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb, Haaqa, Hollandiya; MBA, J. Cass Biznes Məktəbi, City University, London, İngiltərə; "Hökümətdə Yüksək Səviyyəli Menecerlər" Proqramı, JFK İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ. Danışır: Azərbaycan, rus, ingilis, fransız, ispan, türk, ukrainca
1980–1992-ci illərdə Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı, Azərbaycan.
1992–1993-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin ikinci katibi / birinci katibi;
1993–1994-cü illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkitərəfli İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri;
1994–1997-ci illərdə — Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi, İqtisadi məsələlər üzrə birinci katib;
1997–2000-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniyanın Londondakı səfirliyində iqtisadi məsləhətçi olmuşdur;
2000–2004-cü illərdə — Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idərəsinin rəisi, Xarici İşlər Nazirinin İqtisadi Məsləhətçisi;
2004–2009-cu illərdə — Qara Dəniz İqtisadi Əməkdaşlıq Daimi Beynəlxalq Katibliyinin Baş katibinin müavini;
2009–2010-cu illərdə — Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf idarəsinin rəisi;
2010–2015-ci illərdə — Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri;
1 yanvar 2016-cı ildən — Demokratiya və İqtisadi İnkişaf Təşkilatının Baş katibi — GUAM, Kiyev ; Bakı Dövlət Universitetində, Qərb Universitetində (Bakı) və digər özəl qurumlarda, habelə yüksək menecment kurslarında beynəlxalq iqtisadi münasibətlərdən dərs deyir.
— Azərbaycan Respublikası ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin həyata keçirilməsinə dair Ticarət və İqtisadiyyat Alt Komitəsinin həmsədri; — Azərbaycan-Britaniya Ticarət və Sənaye Şurasının üzvü; — Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası Məsləhət Şurasının üzvü; — Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin İdarə Heyətinin üzvü (Afina, Yunanıstan); — Maliyyə İnkişafına dair Monterey Sammitində Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri; — 2002-ci il Dünya Davamlı İnkişaf Sammitində Milli nümayəndə heyəti rəhbərinin müavini, Johannesburg, Cənubi Afrika; — 2003 Dünya Su Sammitində Milli nümayəndə heyətinin sədr müavini, Kyoto, Yaponiya.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |