GUAM

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAMGürcüstan, Ukrayna, AzərbaycanMoldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da[1] yaradılmışdır. 1999–2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir.

GUAM Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat
GUAM
Organization for Democracy and Economic Development
Loqonun şəkli
Növü Regional
Yaranma tarixi 10 oktyabr 1997
Rəsmi dili ingilis və rus
Mərkəzi
Üzvləri

Azərbaycan Azərbaycan
Gürcüstan Gürcüstan
Moldova Moldova
Ukrayna Ukrayna

Keçmiş üzvlər:

Özbəkistan Özbəkistan

Müşahidəçi ölkələr:
Türkiyə Türkiyə
Latviya Latviya
guam-organization.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə,[1] Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar.

7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir.

22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.

Dövlət başçılarının bu qərarı 22–23 may 2006-cı il tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər. Nizamnaməyə görə demokratik dəyərlərin bərqərar olması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiya, üzv-dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndirilməsi təşkilatın başlıca məqsədlərini təşkil edir.

Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısında qəbul olunmuş "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın yaradılması haqqında Kiyev Bəyannaməsi"ndə aşağıdakı məqamlar və vəzifələr qeyd olunmuşdur:

  • Demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının və təhlükəsizliyinin və sabitliyin təmin olunması;
  • GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi;
  • Bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və azadlığını dağıdan, tam miqyaslı demokratik islahatları həyata keçirilməsini və regionun iqtisadi inkişafını çətinləşdirən, Avro inteqrasiyaya mənfi təsir göstərən və bütün dünya birliyinə çağırış törədən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq;
  • Beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm, və həmçinin onunla bağlı olan digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi;
  • İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi;
  • Enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması;
  • GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması və s.

Birgə layihələr

[redaktə | mənbəni redaktə et]

GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-təhlil Sistemi (VM/DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi həyata keçirilməkdədir. TNY GUAM dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrinin genişləndirilməsi və intensivləşdirilməsi məqsədini daşıyırsa, VM/DİTS məlumat mübadiləsi və digər operativ xarakterli tədbirləri həyata keçirmək vasitəsilə ticarət və nəqliyyatın inkişafına, onun effektiv və təhlükəsiz fəaliyyət göstərməsinə təminat verir. Hər iki layihə GUAM-ABŞ Çərçivə Proqramının əsas elementləri hesab olunaraq bir-birini tamamlayır və onların paralel şəkildə həyata keçirilməsin nəzərdə tutulur. VM/DİTS layihəsi çərçivəsində hər bir GUAM dövlətində Milli İnformasiya-təhlil Mərkəzi və İşçi qruplar yaradılmış və hüquq-mühafizə orqanlarının müvafiq ekspertləri bu istiqamətdə ilkin məlumat mübadiləsi aparırlar. TNY layihəsinin həyata keçirilməsi məqsədilə hər bir GUAM dövləti milli planları əsasında dördtərəfli əməkdaşlıqlarını davam etdirirlər.

Həmçinin, qeyd olunmalıdır ki, GUAM dövlət başçıları Kiyev Zirvə Toplantısı zamanı Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsinin başlanmasını elan etmişlər və buna dair müvafiq işlər görülməkdədir.

Həll olunmamış münaqişələr üzrə əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Kiyev Zirvə Toplantısında qəbul olunmuş "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM dövlət başçılarının münaqişələrin nizamlanması üzrə Birgə Bəyannaməsi"ndə aşağıdakı əsas məqamlar qeyd olunmuşdur:

  • GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həlli yalnız suverenliyinin qorunması, ərazi bütövlüyü və bu dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmamazlığı əsasında həyata keçirilə bilər və bu GUAM çərçivəsində əməkdaşlığın əsas prioritetlərindən hesab edilir;
  • Dövlətlərin ərazisi hərbi işğal obyekti ola bilməz;
  • Separatizm və dezinteqrasiya perspektivsizdir. Güc tətbiqi, etnik təmizləmə təcrübəsi və ərazi işğalı universal və Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir;
  • Nəzarət olunmayan ərazilərin məxsus olduqları dövlətlərə reinteqrasiyası, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaları və müxtəlif etnik qruparın dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamaları, vətəndaş cəmiyyətinin inkişafı, bu ərazilərdə dağıdılmış infrastrukturun bərpa edilməsi və həmçinin kommunikasiyaların bütün tərəflərin faydası üçün istifadə edilməsi yolu ilə GUAM dövlətlərinin ərazilərindəki münaqişələrin həllində bu dövlətlərin və beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi;
  • Əhalinin geri qayıtması və etnik icmaların sülh şəraitində birgə yaşamaları məqsədilə münaqişə zonalarının demilitarizasiyası və bu zonalarda BMT və ATƏT çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi köməyi ilə təhlükəsizliyi təmin olunması;
  • GUAM Xarici İşlər Nazirləri Şurasının bu Bəyanatın müddəalarının həyata keçirilməsi məqsədilə konkret tədbirlərin hazırlaması.

GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər görməkdədirlər. Belə ki, BMT və BMT sistemi təşkilatlarında birgə mövqedən çıxış edərək məqsədyönlü şəkildə iş aparmaq üçün GUAM dövlətləri arasında razılaşma əldə olunmuş, GUAM dövlətlərinin beynəlxalq təşkilatlar nəzdindəki Daimi Nümayəndəliklərinin fəaliyyət planları qəbul olunmuşdur. Bu istiqamətdə aparılan işlərin nəticəsi kimi "GUAM ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizlik və inkişafa təsiri" adlanan 42 bənd BMT 61-ci sessiyasının gündəliyinə daxil edilmişdir. 5 dekabr 2007-ci il tarixində bu bənd altında eyni adlı qətnamə layihəsi baxılması üçün BMT Baş Assambleyasında rəsmi yayılmışdır. Hal-hazırda GUAM dövlətləri arasında qətnamənin qəbul olunmasına dair məsləhətləşmələr aparılır.

Azərbaycanın təşkilata sədrliyi

[redaktə | mənbəni redaktə et]

GUAM-da Azərbaycanın sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə Toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə Toplantısınadək davam etmişdir.

"GUAM: qitələri birləşdirərək" şüarı altında keçirilmiş Bakı Zirvə Toplantısı Təşkilatın inkişafının uzunmüddətli prioritetlərini müəyyən etmiş, onun instusional cəhətdən möhkəmləndirmiş və tərəfdaş ölkələrlə "GUAM+" formasında əməkdaşlığım üstünlüklərini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Sədrlik proqramında əksini tapmış bu strateji istiqamətlər təşkilatın 2007–2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil etmişlər. Azərbaycan sədrliyi üzv dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və təşkilatın keyfiyyətcə yeni inkişafı ilə yadda qalmışdır.

Bakı Zirvə Toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya və təhlükəsizlik məkanının yaradılması ideyası Azərbaycan Sədrliyinin başlıca vəzifəsi idi. Bu ideyadan irəli gələrək Sədrlik edən ölkənin diqqəti GUAM-ın regional əhəmiyyətinin möhkəmləndirilməsinə və ona beynəlxalq dəstəyin gücləndirilməsinə, üzv-dövlətlərin ümumi maraqlarının konsolidasiyasına və Təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yönəlmişdir.

Bakı Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın Sahəvi Əməkdaşlığının İnkişafı Strategiyasını qəbul etmişlər.

Azərbaycanın bir illik sədrliyi kifayət qədər aktiv keçmişdir. Bunun bariz nümunəsi kimi Bakı Zirvə Toplantısından sonra keçirilmiş 27 sentyabr 2007-ci il tarixli Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli GUAM+ formatında Vilnüsdə GUAM-ın onilliyinə həsr olunmuş Zirvə Toplantısını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə GUAM XİNŞ-in növbəti iclasını, 4–5 dekabr 2008-ci il tarixli Tokioda GUAM-Yaponiya görüşünü, "GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı qətnamə layihəsinin BMT Baş Assambleyasında yayılmasını, GUAM- əlaqələrinin gücləndirilməsi üçün "GUAM-ın Aİ-də dostları qrupu"u formatında GUAM və Aİ dövlətlərinin xarici işlər nazirliklərinin ekspertləri səviyyəsində görüşü, 19 mart 2008-ci il tarixli GUAM-Avropa Şurası görüşünü, 15–16 aprel 2008-ci il tarixli GUAM dövlətlərinin ərazisində münaqişələrin həllinin prinsipial əsasları, 29–30 aprel 2008-ci tarixli "GUAM-tranzit" və 29–30 may 2008-ci il tarixli Bakıda "GUAM-ın inkişaf strategiyası" beynəlxalq konfranslarını və digər tədbirləri xatırlatmaq olardı.

Azərbaycanın sədrliyi müddətində təşkilatın fəaliyyətinə dair ətraflı məlumat Batumi Zirvə Toplantısında GUAM Dövlət Başçıları Şurası tərəfindən təsdiq olunmuş Hesabatda öz əksini tapmışdır.

1 iyul 2008-ci il tarixində Gürcüstanın Batumi şəhərində GUAM-ın növbəti Zirvə Toplantısı keçirilmişdir.

  1. 1 2 "Организация за демократию и экономическое развитие - ГУАМ". 2011-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-08.