Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Altay Seyid Hüseyn oğlu Mir-Bağırov 4 oktyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1941–1949 illərdə Bakı şəhəri Nizami rayonunun 201 saylı orta məktəbini əla qiymətlərlə bitirib, 1947–1949-cu illərdə Pionerlər sarayında təsviri sənət dərnəyində məşğul olmuşdur. O, 1949–1953-cü Bakı Neft texnikumunda Neft quyularının qazınması texniki ixtisas üzrə tam təhsil almışdır. Altay Mir-Bağırov 1953–1955-ci illərdə Stalinqrad (Volqoqrad) şəhərində Sovet Ordusu sıralarında xidmət göstərmiş və leytenant rütbəsi almışdır.[1]
Altay Mir-Bağırov 1956–1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq fakültəsində oxumuş, "Çoxmərtəbəli ramplı qaraj" mövzususunda diplom işinini müvvəffəqiyyətlə müdafiə etmişdir. 1962–1963-cü illərdə Təyinat üzrə Novokuznetsk şəhərində "Sibir Promproekt" layihə institutunda memar vəzifəsində işləmişdir. O, 1963–1965-ci illərdə "Azərenerji" idarəsində tikinti sahəsində çalışmışdır. 1966-cı ildə SSRİ "Memarlar ittifaqınin" üzvü olmuşdur.
Altay Mir-Bağırov 1965-ci ildə Mir-Bağirova Validə Baladadaş qızı ilə ailə qurmuşdur.[1]
1965–2002-ci illərdə Moskva "Kurortlayihə" institutunun Azərbaycan şöbəsində memar, layihələrin baş memarı, memarlıq və tikinti emalatxanasının rəisi vəzifələrini icra etmişdir. 2002-ci ildən 2009-cu ilə qədər "Azərinşaatlayihə" institutunda memarlıq şöbəsində rəis vəzifəsində işləmişdir.[1]
21 noyabr 2011-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
1966-cı ildə Bakı şəhəri Novxanı qəsəbəsində "Sarı Qaya" adlı 2400 yerlik Pioner düşərgəsi (Altay Mir-Bağırov və Akif Qasımov Balad oğlu ilə birlikdə layihə işlənilib)
1966–1967 illərdə Qəbələ rayonunda 400 yerlik "Kafkaz" turbazası
1967–1980-ci illərdə Bakı şəhəri ASPS-in 400 yerlik "Təhsil kurs bazası" (Altay Mir-Bağırov və Akif Qasımov Balad oğlu ilə birlikdə layihə işlənilib)
1966–1970 illərdə Dağıstan AR Mahaçqala şəhərində "Manas"-da 700 yerlik "Çayka" istirahət evi,
1973–1975 illərdə Naftalan kurort şəhərində "50 sərnişinlik (aeroport) hava limanı" (Altay Mir-Bağırov və K. Səidov ilə birlikdə layihə işlənilib)
1974–1980 illərdə Türkmənistan Respublikasının Marı şəhərində "120 yerlik sanatoriya-profilaktoriya kompleksləri"
1975–1981 illərdə Türkmənistan Respublikasının Çarjoy şəhərində "120 yerlik sanatoriya-profilaktoriya kompleksləri"
1976–1980 illərdə Türkmənistan Respublikasının Taşauz şəhərində "120 yerlik sanatoriya-profilaktoriya kompleksləri"
1981-ci ildə Pirşağı qəsəbəsində "Veteran sanatoriyasında əyləncə oyun və yay kinoteatrı"
1981-ci ildə Pirşağı qəsəbəsində "Qızılqum sanatoriyası"nda 500 yerlik müalicə korpusu
1982–1983-cü illərdə Naftalan kurort şəhərində "Geran" sanatoriyası
1985-ci ildə Bakıda Respublika stadionun yanında Dövlət Təhlükəsizlik komitəsi üçün "120 yerlik ixtisaslaşdırilmış yataqxana"
1985-ci ildə Horadil qəsəbəsində genişləndirilmiş 360 yerlik "Rabitəçi" pioner düşərgəsi
1989–1993 illərdə Naftalan kurort şəhərində "kurort sanatoriyasının poliklinikası"
1998–2004 illərdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə şəhərlərində, Zığ, Xırdalan, Əhmədli, Sabunçu, Günəşli qəsəbələrində, Yasamal, Nərimanov, Nizami, Əzizbəyov rayonlarında, Biləcəri və başqa yerlərdə "şəhid və əlil ailələri üçün 4 mərtəbəli, 3 seksiyalı, 36 mənzilli yaşayış bina"ları (36 yerdə təkrar tikilib)
2003–2004 illərdə Azərbaycan Respublikasının ayrı-ayrı regionlarında 15 yerdə "məktəb binaları"
2003–2004 illərdə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə şəhərlərində, Zığ, Xırdalan, Əhmədli, Sabunçu, Günəşli qəsəbələrində, Yasamal, Nərimanov, Nizami, Əzizbəyov rayonlarında, Biləcəri və başqa yerlərdə (36 yerdə təkrar tikilib), 3 bloklu, 4 mərtəbəli əlil və şəhid ailələri üçün yaşayış evi
2003–2004-cü llərdə Bakı şəhəri, Qutqaşenlı 79 küçəsində, 1-bloklu, 17-mərtəbəli, 12 maşın üçün qaraji və 2 səviyyəli mağazaları olan yaşayış binası
2003–2004-cü illərdə Xanlar rayonunun Çaykəndi kəndində "xəstəxana"
2004-cü ildə Yasamal rayonu "arxiv binasının yeməkxana və oxu zalı"
2005-ci ildə Nərimanov rayonu, 1938 məhəllə, Hidayyətzadə küçəsi. "Ofis-yaşayış binası"
2005-ci ildə Ziya Bunyadov prospektində "Relax" Mebel salonu
2006-cı ildə əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi
2006-cı ildə Şəmkir rayonunda "İdman Olimpiya kompleksi",
2007-ci ildə Şəmkir rayonunda İdman Olimpiya Kompleksi üçün "Kottej — yaşayış evi"
2007-ci ildə Səlyan rayonunda çayxana, mehmanxana və şadlıq evi
2007-ci ildə Dağıstan AR Mahaçqala şəhərində "şəxsi hamam"-sauna
2007-ci ildə Cəlil Məmmədquluzadə 3-də Müdafiə Nazirliyinin Hərbi Hospitalı
2007-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Biləcəri kazarmasında 500 nəfərlik yeməkxana
2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Türkan, Lənkəran və Gəncə şəhərlərində adminisrtativ bina
2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Türkan qəsəbəsində, Lənkəran və Gəncə şəhərlərində əsgər-növbətçi üçün müşahidə qülləsi
2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Türkan qəsəbəsində xüsusi təyinatlı əsgərlər üçün yataq korpusu,
2008-ci ildə Fövqəladə Hallar Nazirliyi üçün Lənkəran şəhəri və Türkan qəsəbəsində Hərbi ştab
2008–2009-cu illərdə Dənizkanarı bulvarın – Zığ, Bibiheybət, Bayıl və Şıxov daxil olmaqla yeni tikintisinin eskiz layihəsi
2008–2009-cu ildə "Şəhid və əlil ailələri üçün 4 mərtəbəli 36 mənzilli yaşayış evi" (yeni variantda)
2008–2009-cu illərdə Əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evləri yeni variantda Azərbaycan və onun rayonlarda tikilmişdir.[1]
18. Farida Mir-Bagirzadeh. Creativity of the architect of Azerbaijan, Altai Said Mir-Bagirov. Azərbaycan Milli Elmlər Akademiyası. Elm və Həyat. Elmi-populyar jurnal. Baki, № 1, 2016. Səh. 84–87.
İrsi Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivində
Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivində Azərbaycan memarı Altay Səid Hüseyn oğlu Mir-Bağırova həsr olunmuş 162 №-li şəxsi fondu açılmışdır. Altay Mir-Bağırovun sənədlərinin şəxsi Arxivi fondunda Azərbaycan və keçmiş SSRİ məkanında 1965–2009-cu illəri əhatə edən layihələri elmi-texniki ekspertizadan keçirilmiş, onun fəaliyyətinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Arxivin zəngin və qiymətli materiallarının fonduna daxil edilmişdir.[2]
Sənədlər aşağıdakı şəkildə sistemləşdirilmişdir:
1. Fondda memar haqqında ön söz
2. Yaradıcılıq materialları. Memar A. Mir-Bağırovun müəllifliyi və iştirakı ilə işlənmiş layihədə, obyektlərə aid materiallar
3. Bioqrafik materiallar. Memar A. Mir-Bağırovun bioqrafiyası, əmək fəaliyyəti və yubileylərinə aid materiallar.
4. Memar A. Mir-Bağırov barədə materiallar, kitab-qəzet, jurnal məqalələri, bioqrafik-xronoloji və siyahı
5. Memar A. Mir-Bağırovun şəxsi fotoşəkilləri və layihələri ilə əlaqədar fotoşəkilləri
6. Memar A. Mir-Bağırovun marağına uyğun materiallar.
Fondda müəllifin əsərlərinin 188 (yüz səksən səkkiz) saxlama vahidi daxil edilib.[2]
Tərtib edən: Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin aparıcı arxivçisi: O. A. Əliyeva
Təsdiq edən: Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivinin direktoru: Ş. Q. Haşimov.