Alxan Bayramoğlu

Alxan Bayramoğlu (Məmmədov) (22 oktyabr 1954, Birinci Şıxlı, Qazax rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor.[1] "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir.

Alxan Bayramoğlu
Alxan Bayram oğlu Məmmədov
Doğum tarixi 22 oktyabr 1954(1954-10-22) (70 yaş)
Doğum yeri
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı
İş yeri
Baku State University Dark Logo
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Mükafatları
"Tərəqqi" medalı
/
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı

Alxan Bayramoğlu Qazax rayonunun Birinci Şıxlı kəndində 22 oktyabr 1954-cü ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Alxan Məmmədov 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının , 2006-cı ildən isə həm də BDU-nun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının seminarının üzvüdür. Bundan başqa o, ayrı-ayrı vaxtlarda bir neçə dəfə AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADU-nun, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının tərkibində həlledici səslə birdəfəlik və BDU-nun Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Alxan Məmmədov 1982–1984-cü illərdə istehsalatdan ayrılmaqla Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunun aspirantı olmuş və "M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1986). Azərbaycan ədəbiyyatşünaslığında klassik sənətkarın elmi tərcümeyi-halının yazılması istiqamətində elmi tədqiqat işi ilk dəfə bu dissertasiyada yerinə yetirilmişdir. A. B. Məmmədov 1991–1993-cü illərdə istehsalatdan ayrılmaqla AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı olmuşdur. Onun "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Alxan Məmmədov Bakı Dövlət Universiteti jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir.

A. B. Məmmədovun Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir.

A. Məmmədov AMEA Nizami adına Ədəbiyyat institutunda hazırlanan çoxcildlik "Azərbaycan Ədəbiyyatı Tarixi"nin V cildinin redaksiya heyətinin üzvü və əsas müəlliflərindən biridir[2].

A. Məmmədov 530-dan çox elmi məqalə, 13 monoqrafiya, 6 kitab (tərtib, ön söz, lüğət və şərhlərlə) və ali məktəblər üçün 2 dərs vəsaiti, 6 tədris proqramı nəşr etdirmişdir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Abbas Səhhət (film, 2007)
  1. Alxan Bayram oğlu Məmmədov [ölü keçid]
  2. "Arxivlənmiş surət". 2014-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-01.
  3. "Alxan Bayram oğlu Məmmədov". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-20.