Alyaska yarımadası (ing. Alaska) — Şimali Amerikanın şimal-qərbində, Sakit okean akvatoriyasına daxil olan Berinq dənizi və Bristol körfəzi onun sahillərini yuyur. Ərazisi Alyaska ştatının cənub-qərbində yerləşir. Uzunluğu 700 km, eni 170 kmdən 10 km qədərdir. Aleut sıra dağları ərazidən keçir. Burada fəaliyyətdə olan Katmay vulkanı(2047 m) vardır. Ən hündür zirvəsi Veniminovadır (2507 m). Yarımadanın ərazisi Dağ Tundra iqlim tipinə uyğundur. Kiçik miqdarda Buzlaq vardır. Şimal-qərb sahilləri laqun və kiçik göllər ilə zəngindir[1].
Alyaska yarımadası | |
---|---|
Alaska Peninsula | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
56°05′00″ şm. e. 158°59′00″ q. u.HGYO | |
Akvatoriya | Sakit okean |
Ölkə | ABŞ |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci ildə yarımadanın yaxınlığında yerləşən adaların bir qismi Alyaska dəniz milli qoruğu ərazisinə daxil edilmişdir. Yarımadanın bir qismi isə Alyaska yarımadası milli qoru ərazisinə daxildir.