Amanda Todd

Amanda Mişel Todd (ing. Amanda Michelle Todd; 27 noyabr 1996[1], Port Kuitlam[d], Britaniya Kolumbiyası10 oktyabr 2012[2], Port Kuitlam[d], Britaniya Kolumbiyası) — YouTubea yerləşdirdiyi videoçarxdan sonra intihar edən, Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşamış 15 yaşlı orta məktəb şagirdi. İntihar etmədən əvvəl YouTubeda yayınladığı videoda o intihar səbəbindən, Facebookda yaşadığı istismardan, çılpaq şəkillərinin İnternetdə paylaşılmasından, özü-özünə xətər yetirməsindən və ona yaxın bir insan tərəfindən hücuma məruz qalmasından bəhs edir.

Amanda Toddun intiharı
Doğum tarixi 27 noyabr 1996(1996-11-27)[1]
Doğum yeri
Vəfat tarixi 10 oktyabr 2012(2012-10-10)[2] (15 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Fəaliyyəti tələbə, kinorejissor

Videoçarx müddətində danışmayan və yalnız əlindəki kağızlara yazdığı mətnləri göstərən Todd, necə şantaj edildiyini, ona necə fiziki və mənəvi hücumların olduğunu izləyənlərə çatdırır. 10 oktyabr axşam vaxtı Kanada polisi Amandanın Port Kuitlamdakı evindən ani ölüm xəbərini almış, istintaq başlatmış, sosial media da mövzunu araşdırmaya başlamışdır.

Amanda Toddun intiharı Kanadada və bir çox digər ölkələrdə sosial media vasitəsilə insanlara qarşı edilən zorakılıq mövzusunda müzakirələrə səbəb olmuşdur.

Todd Kuitlamdakı CABE orta məktəbinin 10-cu sinif şagirdi idi.