Amara döyüşü

Amara döyüşü — 19 oktyabr ilə 20 oktyabr 2006-ci il aralığında keçirilmiş, Bədr Təşkilatının çoxsaylı üzvləri ilə Mehdi Ordusu və polislər arasında baş vermiş döyüşdür.

Amara döyüşü
İraq müharibəsi (2003-2011)
Mehdi Ordusundan maskalı şəxs Amaradan tüstü qalxmasına baxır.
Tarix 19-20 oktyabr 2006
Yeri Amara, İraq
Nəticəsi Atəşkəsin yaranması, İraq ordusunun şəhəri geri alması
Münaqişə tərəfləri

İraqİraq

Mehdi Ordusu

Komandan(lar)

bilinmir

Müqtəda əs-Sədr

Tərəflərin qüvvəsi

bilinmir

800

İtkilər

10 ölü [1]
6 yaralı [2]

15 ölü
90 yaralı[1]

Ümumi itkilər
2 mülki şəxs ölüb, 22 yaralı[2]

Amara şəhəri nisbətən müharibə zamanı dinc şəhərlərdən idi. Həmin zamanlarda bu şəhərdə bir-birilə rəqabət aparan polis orduları, Bədr Təşkilatı və Mehdi Ordusu mövcud deyildi. Müharibənin əvvəllərində xeyli rəqib fraksiyalar arasında və məqsədli istiqamətində döyüşlər olub. Britaniya qüvvələri OMS polis ordusu ilə gündəlik təmasda olub. İraq minaatan atəşgahı ilə birlikdə ordu onların qərargahı idi. Britaniya qüvvələri 2006-cı ilin avqustunda Amaranı tərk etdi və İraq hökuməti şəhərə nəzarəti bərpa etdi. Oktyabrın ortalarında Amarada yol kənarında Bədr Təşkilatına məxsus bombanın partlaması nəticəsində Amaranın Polis Rəisi həlak oldu. Buna cavab olaraq, polis Mehdi Ordusunun üzvü olan və şübhəli bilinən terrorçunun qardaşını əsir götürdü.

Döyüşlər oktyabrın 19-da başladı. Mehdi Ordusunun 800 maskal üzvü Amara şəhərində yerləşən üç polis bölməsinə hücum etdilər.[3] İki günün gedişində polis ordusu ilə polislər arasında bir neçə dəfə atışmalar baş verdi. Döyüşlərin qızğın çağında AP Televiziya Xəbərlər bürosu çəkilən videoları ekrana çıxardı. Avtomobillərin böyük hissəsi kompleks ərazisində yandırıldı. Polis şöbəsində barrikadanın arxasından qalxan qara tüstülər videolarda öz əksini tapmışdır. Günün sonuna kimi Mehdi Ordusu Amara şəhərində nəzarəti ələ aldı. Polislər küçələrdə dayanan polis və patrul maşınlarını şəhərdən çıxartdılar. Poilslər mövqelərindən ertəsi gün geri qayıtdılar və İraq qüvvələri şəhərə daxil oldu. Əs-Sədrin nümayəndə vasitəçiliyi ilə barışıq vasitəsilə mühasirə aradan qaldırıldı.

Döyüşlərin səbəbkarı kimi əs-Sədr göstərildi. Digər Mehdi Ordusunun komandirləri də şəhərin ayrı-ayrı hissələrdə tam nəzarəti əldəən verdilər. Şiə döyüşçülər öz maraqlarını həyata keçirmək üçün əsas təşkilatdan ayrıldılar. Onun daxilində yeni qüvvələr yaratdılar. Əsas təşkilatdan maliyyə vəsaiti istədilər. Bir neçə gündən sonra İraq təhlükəsizlik qüvvələri ilə Mehdi Ordusunun yaraqlıları arasında Suvayra şəhərində yenidən döyüşlər qeydə alındı.

  1. 1 2 "Shi'ite militia in show of strength". boston.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  2. 1 2 "Mahdi militia seize Amarah - The News". 2007-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  3. "Shi'ite militia briefly seizes Amarah - China Daily". chinadaily.com.cn. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.