Mehdi Ordusu

Mehdi Ordusu (arb: جيش المهدي) — İraqda şiə lideri Müqtəda əs-Sədr tərəfindən qurulan müqavimət təşkilatı. 2003-cü ilin iyununda yaradılıb və hələ də fəaliyyət göstərir və təxminən 60.000 hərbçisi var.

Mehdi ordusu İraq müqavimət hərəkatının ən nüfuzlu təşkilatlarından biridir və Bağdaddan 5 kilometr məsafədə yerləşən Sədr şəhərini azad edilmiş bir bölgə elan etmişdir.

Təşkilati strukturu

[redaktə | mənbəni redaktə et]

Mehdi Ordusundakı 50 nəfərdən ibarət olan Fazillər ən kiçik yaraqlı qrupdur. Bundan əlavə 6 Fasil bölməsi 300 nəfərlik səriyyə birliyini təşkil edir. Ən böyük birlik 7 səriyyədən (2100 nəfər) ibarət olan fəvc birliyidir.