Amara ( rum. Lacul Amara) — Rumıniyada duzlu liman-göl. Göl Slobozia-Buzeu yolu yaxınlığında, Yalominsk dairəsindədir. Amara şəhəri gölün sahilində yerləşir.[1]
Amara gölü | |
---|---|
rum. Lacul Amara | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 30 m |
Eni | 800 m |
Uzunluğu |
|
Sahəsi |
|
Həcmi | 2.600.000 hm³ |
Dərin yeri | 3 m |
Yerləşməsi | |
44°36′25″ şm. e. 27°20′13″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Amara gölünün sahəsi 132 hektardır. Su kütləsinin həcmi təxminən 2600000 m³-dir. Göl S formalı olub uzunluğu 4 km, eni isə 200 - 800 metr arasında dəyişir. Maksimal dərinlik 3 metrdir.[1] Göl çuxuru Yalominya çayı ilə əlaqəsi olmayan depresiyaya uyğun gəlir. İl boyu daima şirin su azlığından, güclü buxarlanmadan və quraq iqlim səbəbi ilə göl suyu yetərincə duzludur. Göl əsasən yağış və yeraltı sularla qidalanır. 1965-66-cı illərdə göl suyunun səviyyəsində artım qeydə alınmışdır. 1970-71-ci illərdə gölün dərinliyi 4 metrə çatmışdır. Səviyyə qalxmasının qarşısını almaq məqsədi ilə göldən kanal çəkilmişdir. Bu göl suyunun çox illik duzluluq tərkibinə təsir göstərmişdir. 1887-ci ildə duzluluq əyər 89,45 q /l idisə, 1976-cı ildə bu göstərici 7,7 q/l olmuşdur. Göl suyu sulfat, bikorbonat, xlorid, yodid, bromid və maqnezium tərkibli duzlarla zəngindir. Suyun ümumi minerallaşma dərəcəsi təxminən 9,8 q/l-dir[2].
Məhs belə tərkibinə görə göldəki palçıq böyük müalicəvi əhəmiyyətə malikdir. Bir çox xəstəliklərin müalicəsində Amara gölünün palçığından geniş istifadə olunur.[1] Göl sapropelinin (su dibində çox illik toplanmış kütlə) tərkibi 40 % orqanik, 41 % isə minerallardan təşkil olunub.[2] Palçıq daha çox dayaq və hərəkət sistemi, ginekoloji və dəri xəstəliklərində effektivdir. Amara palçığı ürək-damar, Qreyvis, astma və infeksion xəstəlikləri olanlara məsləhət görülmür.[3]
Amara kurortu göl sahilində yerləşir. Üç oteldən ibarət kurort 2000 yerlikdir. Lebada oteli 507 yerlik olub Rumıniyanın ən böyük otel və otellərindən biridir.[4]