Buzeu (Buzău) — Rumıniyanın cənub-şərqində şəhər.
Buzeu | |
---|---|
Buzău | |
45°09′06″ şm. e. 26°49′00″ ş. u.HGYO |
|
Ölkə | Ruminiya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 81.3 km2 km² |
Hündürlük | 95 ± 1 m |
Saat qurşağı | EET (UTC+2) |
Əhalisi | |
Əhalisi | 115,494 nəfər (2011) |
Əhalinin sıxlığı | 1,333/km2 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+40) x38 |
Poçt indeksi | 12xxxx |
Avtomobil nömrəsi | BZ |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhailisi 108,4 min (2011).
Buzeu judetinin (qəzasının) inzibati mərkəzidir. Aşağı Dunay ovalığında, Şərqi Karpat dağlarının cənub ətəklərində, Buzeu çayı (Siret çayının qolu) sahilindədir. Nəqliyyat qovşağıdır.
1431-ci ildən məlumdur. 15–16-cı əsrlərdə Munteniyanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. 1504-cü ildən yepiskopluğun mərkəzidir (16–17-ci əsrlərə aid yepiskoplar iqamətgahı kompleksi saxlanılmışdır).
Banu monastırı (1571), 17–19 əsrlərə aid kilsələr, İctimai saray (1899–1903), bələdiyyə binası (1930), M. Eminesku adəna kollec (1919), Diyarşünaslıq muzeyi, C. Çiprian teatrı (1995) var.
Qara metallurgiya (metal profillər, məftil istehsalı; “Metalurcika-Buzeu” zavodu), maşınqayırma (kənd təsərrüfatı maşınları, sənaye və dəmiryol avadanlıqları), kimya (plastik kütlə, polietilen, polivinilxlorid və s.; kömür süzgəcləri – “Romkarbon” zavodu), yüngül, yeyinti (o cümlədən şəkər) sənayesi müəssisələri fəaliyyət göstərir; pivə istehsalı, şüşə zavodu var; tikinti materialları istehsal edilir. İES var. Buzeu rayonunda neft və liqnit hasil olunur.[1]