Amasra mədən qəzası — 14 oktyabr 2022-ci il tarixində Bartının Amasra ilçəsində Türkiyə Daşkömür İdarəsinin Amasra Müəssisə Müdirliyinə bağlı mədəndə baş vermiş qəza. Mədəndə yerin altında qalan 110 işçidən 42-sinin ölümü ilə Türkiyənin ən ölümcül iş və mədən qəzalarından biri olmuşdur.[3] Partlayış günü verilən açıqlamaya görə, qəzanın qaz partlayışı nəticəsində baş verib və partlayışın səbəbləri araşdırılır. İçəridə heç kim qalmadığından axtarış-xilasetmə işləri oktyabrın 15-də başa çatıb.[4][5]
Amasra mədən qəzası | |
---|---|
Tarix | 14 oktyabr 2022 |
Yeri | |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər |
|
Məlum olub ki, mədən hadisə baş verməmişdən 9 gün əvvəl Türkiyə Hesablama Məhkəməsi tərəfindən yoxlanılıb.[6]
Partlayış 18:15-də (Türkiyə saatı) baş verib və partlayışdan bir neçə saat sonra mədəndə yanğın baş verib.[7][8] Partlayış zamanı mədəndə 110-a yaxın işçi olub və onların demək olar ki, yarısı 300 metr dərinlikdə olub.[9][10][11] Prezident Rəcəb Tayyib Ərdoğan 41 nəfərin həyatını itirdiyini, 28 nəfərin isə öz imkanları ilə xilas edildiyini açıqlayıb.[12][7] Səhiyyə naziri Fəxrəddin Qoca 11 nəfərin xilas edilərək xəstəxanada müalicə olunduğunu bildirib.[13] Bəzi məlumatlarda 5 nəfərin 350 metrdən, 44 nəfərin isə 300 metrdən aşağıda işlədiyi bildirilir.[14][15][16] İçəridə heç kim qalmadığından xilasetmə işləri oktyabrın 15-də başa çatıb.[17]
Partlayışla bağlı Bartın Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb. İstintaq üçün 3 prokuror təyin edilib. Ölənlərin sayının artması ilə əlaqədar məsul prokurorların sayı 5-ə çatdırılıb.[8]