Səth kömür mədənləri
Mədən — faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi.
Timna vadisindəki Kalkolit mis mədəni, Neqev səhrası
Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir.[ 1]
Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür:
Yanacaqçıxarma (neft , təbii qaz , kömür , şist , torf );
Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər );
Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər , asbest , qranit , dolomit , təbaşir , kaolin , gips , əhəng və s.);
Mədən kimyası (apatit , kalsium duzları, nefelin , selitra, kükürd kolçedanı və s.);
Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su).
Respublikamızda daha çox neft , qaz , dəmir filizi, mərmər , tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
↑ Məmmədov Q. Ş., Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.