Amazon Tall Tower Observatory (ing. Amazon Tall Tower Observatory - ATTO) — Cənubi Amerikanın ən yüksək qülləsi.[1]
Amazoniyanın keçilməz cəngəlliklərinin dərinliklərində yerləşir.[1] Qülləyə ən yaxın şəhər Manausdur ki, oraya olan məsafə 170 kilometrdən artıqdır.[1]
Braziliya və Almaniyanın birgə layihəsi olan Amazoniya meşələri ilə atmosfer arasında qarşılıqlı təsiri araşdırmaq üçün tikilmişdir.[1] Hündürlüyü 325 metrdir.[2]