Ameşa - Spenta

Ameşa spenta - əksər irandilli xalqların ümumi mifoloji irsinə aid mifoloji personajlar. Qədim irandilli xalqların hər an qarşılaşdığı və izah edə bilmədiyi təbiət hadisələri barədə təsəvvürləri ilə bağlıdır. Bu hadisələrin izahı empirik düşüncə tərzinə uyğun idi. Qeyd etmək lazımdır ki, heç də bütün mifoloji surətlər qorunub, bəziləri xalq düşüncəsində transformasiyaya uğrayıb. Təsəvvürlərin dəyişməsində həlledici məqam dinin dəyişməsi oldu. İslam xalqın düşüncəsinə kainat haqqında yeni təsəvvürlər gətirdi. Div - iran mifoloji personajıdır. Qədim İran inanclarına xeyirlə şərin dualizmi səciyəvidir. Hər iki qüvvənin öz tanrılar iyerarxiyası var. Belə ki Xeyir Hürmüzün tərəfdarları olan ameşa-spentalaryazatanlar tərəfindən qorunur. Onların antipodları da mövcuddur. Xeyir törədəndə Hürmüz ameşa-spentalara və yazatanlara arxalanır. Onlara qarşı Əhriman çıxış edir. Mazda-Yasnanın tərəfdarlarının təsəvvürlərinə görə Əhriman, dujdama (zalım məxluqların yaradıcısı), mairya (dağıdıcı), daəvotama (divlər divi) kimi keyfiyətləri özündə birləşdirir. Əhriman pis işlər görəndə divlərə, drudjlara(yalançılara), yatuklara(cadugərlərə) və pairikalara(pərilərə) arxalanır. Avestada div (daəva) şər daşıyıcalırı ilə xüsusi ilə cadugər və pərilərlə eyni sırada çıxış edirlər. Avestanın təkibində "divlərə qarşı kodeks" xüsusi bölməsi var (Vendidad). Bundan başqa Avestada divlər, qeyri-iranlıların, yəni Mazda-Yasnaya inanan iranlıların əksinə olaraq, Div-Yasnanın tanrılarıdır.

İran əsatirlərində hər tanrının öz antopodu var. Baş tanrı Hürmüz qarşı şər qüvvələrin tanrısı Əhrimən çıxır. Əgər Hürmüzün yeddi köməkçisi - ameşa spent(mələklər)- varsa, Əhrimənin də yeddi - karaman-divan - (avestadan olan "ka mareqa" -" necə də eybəcər başdır")köməkçisi var. Bundahişnada bütün bu divlərin keyfiyətləri qeyd olunur.

  • Akuman - div - yeddi kamara divdən biri - insanlara xeyrə qarşı barışmazlığı və şər işlərin törədilməsini aşılayır. Avestada onun adı "Aka -manah"-dır, "pis niyyət" deməkdir. Qatalara görə o başqa divləri də şər işlərə sövq edir(Yasna 35, §6); pis insanlar ondan örnək götürür(Yasna 57, §5). O Əhrimanın bütün şər niyyətlərinin birinci icraçısıdır(Vendidad 19, § 8). O Ameşa-spenta Bahmanın düşməni və Əhrimanın müjdəçisidir.(Yaşt 19, § 46).
  • Buşasp - div - (Avestada "buşaəsta", "qədər", "tale" mənasındadır.) Bu div ilkin olaraq tale tanrısı idi. Sonralar o ərincəklik, tənbəllik divinə çevrildi. Səhər xoruzun ilk banı vaxtı, o insanların yuxudan durmasına və xeyirli işlərlə məşöul olmasına əngəl olur. Əgər kimsə oyansa o həmin adamı şər işlərə yönəldir(Vendidad 18,§ 15-17 və 23-25).
  • Sic - div (Avestada "thyajah" istirab, bəla mənasındadır) dağıdıcılıq gətirir.
  • Hic - div (Avestada "haecah" - "quraqlıq","aclıq" - farsça hiç yəni heç, boşluq. İnsanlara yoxsulluq və zülm gətirir.
  • Az - div (Avestada "ajay" - "acgözlük"; "az" müasir fars dilində həmin mənada işlənir, - tanrı Azərın düşməni(Vendidad 18, § 19-22). Süd və piy qurban gətirərək, ondan qurtulmaq olar(Yasna 16,§ 8; Yasna 68,§ 8). Az - div öz arvadını qoyub başqa arvadlara meyl edən kişilərə himayə edir.
  • Pani - div - simiclik və xəsislik təmsil edir.
  • Nas - div - (Avestada "nasu" -"cəsəd") ölülərin cəsədlərini mənimsəyir. Ondan hansısa bir ameşa-spentanın adını çəkməklə qurtulmaq olar, xüsusi ilə Xordadın(Yaşt 4,§ 2-3,8). Nas - div - əgər o tək ölünü aparırsa, insanın bədəninə girir( Vendidad 7, § 2-4). Onu dörd-göz itin köməyi ilə qovmaq olar(Vendidad 8, § 16-18), həmçin inəyin sidiyi ilə cəsədi yusan, ya da Zərdüşt Qatasından kəlmə oxunsa.
  • Feriftar - div - (müasir fars dilində feriftan aldadmaq mənasındadır)insanları aldadır.
  • Əspazak - div - insanların arasında şaiyə və qeybət yayır.
  • Anasat - div - insanlar üzərində zorakılıq törədir.
  • Aqaş - div (Avestada "aiqaş" -pis gözü var, insanlara göz dəyir.
  • But - div (Avestada "buti" mənası aydın deyil).
  • Astavidad - div- (Avestada "astavidati" -"cismin faniliyi")-ölüm mələyi(Əzraillə müqayisə) ondan qurtulmaq üçün ameşa spentalar SoruşMitranı çağırmaq lazımdır.
  • Apuş - div - (Avestata apaoşa) və Aspancaruş - div - başda ameşa-spenta Tiştar olmaqla, yağış tanrılarına qarşı savaşan iki div.
  • Kundaq - div - cadugərlərin himayədarı.
  • İndra - div(Avestada İndra -tanrıdır) insanları xeyir işlərdən azdıran kamara-divlərdən biri, ameşa-spent Ordibehiştin düşməni. Vedik ədəbiyyatda qüdrətli tanrıdır.
  • Nanqhaumh (Avestada Nanqhaithia) kamara-divlərdən biri, insanlara kədər və qüssə aşılayır; Ameşa-spenta Spandarmazın düşməni.
  • Tiriz və Ziriz (Avestada Taurva -"dağıdıcı"; Zarva "sarı" ya da "yaşıldır")kamara - divlərdəndirlər; ameşa - spentalar Xordad və Amurdadın düşmənləridir. Bu divlər otları və mal-heyvanı zəhərləyirlər.
  • Mituxt - div (Avestada "Mithaoxta" - "yalan söz" yalan və şübhə divi.
  • Raşk - div (müasir fars dilində raşk - paxıllıq deməkdir)- yalan, kin, qisas və qısqanclıq divi; Haşm-divin müttəfiqi.
  • Haşm - div (Avestada Aeşma. Müasir fars dilində haşm - hirs, qəzəb deməkdir. Zalım insanların müraciət etdiyi div(Yasna 35,§ 6), xeyir-əməl insanlar onu məhv etməyə çalışırlar(Yasna 48, § 11). O mal-qaranın, eləcə də Haqqın(aşa) düşmənidir; Əhrimənin müjdəçisidir(Yaşt 19, § 46). Haşm div həftəni yaradıb. Onun ərzində o bütün var olanı məhv etməlidir, ancaq Kiyanlar(ilk şahlar, igidlər və qəhrəmanlar)onun altı gününə alacaqlar. Sonuncu üç div funksiyaılarına görə çox yaxındılar. Bundahişnada deyilir: "Harda ki Mituxt peyda olur, - ora Raşk(paxıllıq)da gəlir, harda ki Raşk var deməli orada Haşm(qəzəb, hirs) də var. Hürmüzün yaratdıqlarına qarşı nə varsa hamısı Haşm - divdəndir. O Kiyanlara və bahadırlara çox məğlubiyət və zülm edib. Deyirlər ki Haşm - divin "qanlı silahı" var(196, Yaradılış., 86).
  • Akataş - div - Haşm -divlə bağlı olan div (şərin yaradıcısı). O zərərli həşəratları və sürünənləri öldürməyən insanlardan razıdır.
  • Vizaraş - div (Avestada "Vizaraşa" - əlinə keçən hər kəsi yoldan edən məxluq. Suçluların ruhlarını zəncirləyir və Çinudun(cəhənnəm)qapısında qoyub gedir.
  • Udak - div(Avestada yoxdur; ola bilsin ki o iranlıların zərdüştilikdən əvvəlki inancları ilə bağlıdır. Onun funksiyası çox qəribədir, o süfrə başında oturan insanları səs-küy salmağa sövq edir ki onlar behiştə düşə bilməsinlər.
  • Zarman - div (Avestana Zaurvan -"qoca", "ahıllar kimi düşünən"- qocalıq divi.
  • Çəşmək - div (Avestada yoxdur; "çeşməq" müasir fars dilində göz, gözlük deməkdir)zəlzələ,toz boranı törədir, qara buludlara qarşı durur.
  • Varan - div (Avestada yoxdur)insanları azdırır, aldadır.

Bundahişnanın özündə divlərin sadalanmasının sona yetməsi belə izah olunur ki, hər divə bir sıra başqa divlər və druclar kömək edir ki, əgər onların hamısını sadalamalı olsaq, çox uzanar.

  • Х.Г. Короглы Взаимосвязи эпоса народов Средней Азии, Ирана и Азербайджана. Издательство "Наука" Москва 1983 səh. 25-30