Amel Tuka

Amel Tuka (bosn. Amel Tuka; 9 yanvar 1991[1]) — Bosniyalı yüngül atlet. 2015 və 2019-cu il dünya çempionatlarının mükafatçısı. 800 metrlik məsafə üzrə ixtisaslaşmışdır.

Amel Tuka
bosn. Amel Tuka
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 9 yanvar 1991(1991-01-09)[1] (32 yaş)
İdman növü yüngül atletika
Boyu 1,87 m

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Tuka doğma şəhərində yerli yarışlarda qalib gəldikdən sonra Zenica klubunda çıxış etməyə başladı.[2] 2013-cü ildə Amel Tuka Avropa Komanda Çempionatının üçüncü liqasında oynadı. Nəticəsi 1 51.11 oldu. Gənclər arasında Avropa Çempionatında bu göstəricini beş saniyəyə daha da yaxşılaşdırdı və bu nəticə yeni milli rekord oldu (1.46.29).[3] Çempionatdan sonra Bosniyadan İtaliyaya köçdü və Veronanda yeni məşqçi Gianni Gidini ilə məşq etməyə başladı[4].

2014-cü ildə Avropa çempionatında 800 metr məsafəyə qaçışda səkkizinci oldu −1.46.12. Bu göstərici onun yeni şəxsi rekordu oldu.[5]

2015-ci ildə Riodakı Olimpiya Oyunlarına vəsiqə qazanaraq şəxsi rekordunu artırdı. Velenye şəhərində keçirilən turnirdə (1 iyul) 800 metr məsafəni 1.44.19. qət etdi.

2016 Yay Olimpiya Oyunlarının açılış mərasimində Bosniya və Herseqovina milli komandasının bayraq daşıyıcısı olaraq iştirak etdi . 800 metr məsafəyə qaçışda ilkin mərhələni keçsə də, finala yüksələ bilmədi. Tuka yarımfinal yarışlarında on ikinci yeri tuta bildi (1.45,24).[6]

Londonda keçirilən Dünya Kubokunda (2017) 21-ci (1.46.54) oldu. Bir il sonra Berlindəki Avropa çempionatında bosniyalı ilk turu keçərək yarışıda ikinci oldu (1.46.47), lakin yarımfinalda iki saniyə gecikdi və on üçüncü oldu (1.47.24).

2019-cu ildə Qətərdə baş tutan olimpiya öncəsi dünya çempionatında 800 metr məsafədəki bosniyalı idmançı 1.43.47 nəticə göstərərək finiş xəttinə ikinci çatdı və dünya çempionatının gümüş mükafatçısı oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Amel Tuka // World Athletics Database.
  2. Elmedin Bišić. "Amel Tuka, otkriće bh. atletike: "Moramo vjerovati u sebe"" (bosniya). Novo Vrijeme. 2013-06-25. 2013-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
  3. EAA. "2013 European U23 Championships Results". 2013-08-20 tarixində orijinalından arxivləşdirilib.
  4. LetsRun.com. "Rest of Monaco: A Guy You've Never Heard of From Bosnia Runs 1:42.51, Boris Borian Runs 1:43.34, The Clean World Record in the Shot Put by Kovacs? and Ghribi Runs World Leading Steeple" (ingilis). July 17, 2015. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
  5. "Amel Tuka šesti na Evropskom prvenstvu, oborio lični i bh. rekord" (bosniya). Klix.ba. 2014-08-15. 2018-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
  6. "800 Metres Summary - The XXXI Olympic Games" (ingilis). IAAF. 2018-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.