Sümbülvari irqa (lat. Amelanchier spicata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Sümbülvari irqa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Sümbülvari irqa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubi Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Zaqafqaziyada və Krımda təbii yayılmışdır.
5 metrə çatan hündür ağac və koldur. Gövdədə çətri kül rəngli, bəzən qara, cavan çətirləri sarı-çəhrayı, bəzən ağ, parlaq, açıq xallı olub, köhnə budaqlara görə dəyişir. Tumurcuqları xırda, qırmızımtıl-qonur, uzunsov və iti, zoğa yapışıq, kənarları ağ tükcüklüdür. Yarpaq yarığı çox ensiz, üstə çıxan yarpaq balışlı və 3 izlidir. Özəyi yaşılımtıl, oduncağı seyrək məsaməli, çəhrayı rəngli, bərk və ağırdır. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 4 sm-dək, kənarları dişlidir. Bünövrəsi yumru və ya bir az ürəkvaridir. Saplağı çılpaq, uzunluğu 2,5 sm-dək, tökülən yalançı zoğludur. Yarpaq ayaları möhkəm, üstü yaşıl, alt tərəfi ağımtıl-yaşıl, keçəli tükcüklüdür. Payızda yarpaqların yaşıl rəngi qırmızımtıl-sarı rəngə çevrilir. Mayda çiçəkləyir. Çiçəkləri 5-8 ədəd, qalxanvari, ağ çiçək qruplarına yığılmışdır. Çiçək saplaqları əvvəlcə keçəli tükcüklü, sonradan çılpaqdır.
Dəniz səviyyəsindən 1900 metr hündürlükdə palıd meşələrində, işıqlı ərazilərdə, qayalıqlarda rast gəlinir. Şaxtaya və günəş şualarına davamlıdır. Zəngin torpaqlarda yaxşı bitir.
Böyük Qafqada, Zaqatala, Balakən meşələrində təbii halda rast gəlinir.
Yaşıllaşdırmada dekorativ bitki kimi becərilir.