“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir.
American Beauty: Original Motion Picture Score | |
---|---|
| |
Tomas Nyuman[d] tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 11 yanvar 2000 |
Janr | film musiqisi |
Müddət | 37:24 |
Leybl | DreamWorks Records |
Prodüser | Bill Bernştein |
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Allmusic | [1] |
Filmtracks |
Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür.
Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar.
Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar.
Sələfləri Yelizaveta |
Ən Yaxşı Film Musiqisinə görə BAFTA 1999 |
Xələfləri Oturan pələng, gizlənən əjdaha |