Amerika çiçəbaharı

Amerika çiçəbaharı (lat. Phytolacca americana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin çiçəbaharkimilər fəsiləsinin çiçəbahar cinsinə aid bitki növü.

Amerika çiçəbaharı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 100-300 sm olan çoxillik ot bitkisidir. Kökü yoğun, gövdəsi düz, budaqlı, yaşıl, bəzən qırmızıdır. Yarpaqları ardıcıl, yumurtavari-lansetvaridir. Yuxarı yarpaqları aşağıdakılardan xırdadır, çox vaxt sonradan qızarır. Ağımtıl rəngli, inkişaf etdikcə qızaran çiçəkləri uzunsov salxımvari çiçəkqrupunda birləşmişlər. Meyvəsi qara, parıltılıdır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adventiv coğrafi tipinin adventiv sinfi və qrupuna aiddir. Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Şimali Amerika və Qafqazda yayılmışdır. Azərbaycanda Amerika çiçəbaharı Lənkəran ovalığı, Böyük Qafqazın şərq və qərb rayonlarda, Lənkəranın dağlıq hissəsində arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, meşə, sahilyanı və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşədə, çaqıl daşlıqlarda, bağlarda, yol kənarlarında, quru yamaclarda və töküntülərdə kiçik qruplar, bəzi hallarda cəngəllik əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Flavonoid, saponin, alkaloid, efir yağları, steroid və antosianlarla zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Eksperimental, Çin və xalq təbabətində, kliniki sınaqlarda, eləcə də homeopatiyada geniş tətbiq edilir. Əsasən böyrək, sidik kisəsi, qaraciyər, ürək-damar, dəri-zöhrəvi xəstəlikləri, iflic, avitaminoz, xoş və bəd xassəli şişlər, dizenteriya və ilanvurma zamanı istifadə olunur. Antibakterial, antihelmint, antitoksik, öd və sidikqovucu, hərarətsalan və iltihab proseslərinə qarşı təsirə malikdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü və toxumları istifadə edilir. İstifadə formaları — cövhər, tinktura, ekstrakt və mazlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Cavan zoğları, budaqları və yarpaqları duzlu suda bişirildikdə yeməlidir. Meyvələrindən alınan şirə qida məhsulu və texniki boyaq kimi istifadə olunur.

  • Phytolacca americana var. americana
  • Phytolacca decandra L.[2]

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 441.
  2. Amerika çiçəbaharı:''The Plant List saytında takson barədə məlumat. (ing.)