Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kәşfiyyat vә hüquq-mühafizә orqanı. ABŞ Ədliyyә Nazirliyinin yurisdiksiyası altında fәaliyyәt göstәrir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilә bağlı tәhqiqat işlәri aparır, dövlәt tәhlükәsizliyini tәmin edir, hәmçinin bu sahәdә ABŞ dövlәt aparatının bütün orqanlarının fәaliyyәtini әlaqәlәndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur.
Federal Təhqiqat Bürosu FBI | |
---|---|
Federal Bureau of Investigation | |
Şüar | Fidelity, Bravery, Integrity |
Yaranma tarixi | 26 İyul, 1908 |
Rəsmi dili | ingilis dili |
Mərkəzi | Vaşinqton |
Qurucusu | |
Sədr | Kristofer Rey [1] |
Büdcəsi | 8.3 milyard ABŞ dolları |
Üzvləri |
|
fbi.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
1896-cı ildə Kriminal Təhqiqatlar üzrə Milli Büro təsis edildi. Büronun vəzifəsi ölkə böyünca tanınmış cinayətkarların axtarışını təşkil etmək idi. 1901-ci ildə prezident Makkinlinin sui-qəsd nəticəsində öldürülməsi Amerikanın anarxistlər tərəfindən böyük təhlükə qarşısında qaldığını göstərdi. Ədliyyə və Məşğulluq nazirlikləri anarxistləri izləyir və onlara dair hesabatlar hazırlayırdı, lakin prezident Ruzvelt onları izləmək üçün daha böyük qüvvə olmasını tələb edirdi. Təhqiqatlar Bürosu 26 iyul 1908-ci ildə yaradıldı. Baş prokuror Çarlz Bonapart Ədliyyə Nazirliyinin vəsaitlərindən istifadə edərək Xüsusi Xidmət orqanlarının 34 keçmiş üzvünü yeni qurulmuş Büroya işləməyə dəvət etdi. Büronun ilk rəhbəri Stenli Finç təyin edildi. Bonapart bu görülən işlər barədə Konqresə məruzə edirdi.
Büronun ilk vəzifəsi fahişəxanalara gedərək oraları izləmək və insan ticarətinə qarşı mübarizə aparmaq olmuşdur. 1932-ci ildə Büronun adı dəyişdirilərək Birləşmiş Ştatlar Təhqiqatlar Bürosu adlandırıldı. 1935-ci ildə Büro Ədliyyə Nazirliyinin tərkibində sərbəst bir xidmət növü olaraq fəaliyyət göstərməyə başladı. Həmin il Büronun adı dəyişərək indiki adına, Federal Təhqiqatlar Bürosu adını aldı. Büronun ən məşhur direktoru Edqar Huver olmuşdur. Huver 1924-cü ildən 1972-ci ilə qədər, üst-üstə 48 il ərzində Büronun rəhbəri olmuşdur. Onun rəhbərliyi altında 1932-ci ildə Elmi Cinayət Axtarış Laboratoriyası açıldı. FTB laboratoriyası adlanan bu laboratoriya cinayətlərin peşəkar olaraq araşdırılmasını təmin etdi. Huverin ölümündən sonra Konqres FTB direktorlarının fəaliyyət müddətini 10 ilə qədər məhdudlaşdırdı. ABŞ-də kriminala qarşı müharibə illəri olan 1930-cu illərdə FTB agentləri ölkə boyunca çoxlu sayda cinayət törətmiş bir çox məşhur kriminalı öldürdü.