Amerika Neftçi Geoloqlar Assosiasiyası və ya qısaca ANGA (ing. American Association of Petroleum Geologists və ya qısaca ing. AAPG) — təkibində 31000 üzvi olan dünyanın ən böyük geoloji cəmiyyətlərindən biri. ANGA-nin məqsədi geologiya elminin (xüsusilə də neftin və qazın kəşfiyyatı və hasilatı geologoiyası) inkişafı, neft sənayəsində texnologiyaların tətbiqinə stimul vermək və neft sənayesində yüksək peşəkar davranışa töhfə verməkdən ibarətdir. ANGA 1917-ci ildə yaradılmış və cəmiyyətin mənzil-qərargahı Talsada, Oklahomada yerləşir. Hal-hazırda üzvlərinin təxminən 1/3-i ABŞ-dan kənarda yaşayır.
Amerika Neftçi Geoloqlar Assosiasiyası AAPG, AAPG | |
---|---|
Növü | könüllü assosiasiya |
Yaranma tarixi | 1907 |
aapg.org |
ANGA AAPG Explorer və AAPG Bulletin elmi jurnallarını nəşr etdirir, texniki konfrans və sərgi də daxil olmaqla illik görüşlər keçirir, digər konfranslara sponsorluq edir və üzvlərinin dünya üzrə təhsilini davam etdirməsinə şərait yaradır, tələbələrin cəmiyyətə cəlb olunması və üzvlərinə digər xidmətlər göstərir.
ANGA-ya həmçinin aşağıdakı bölmələr də daxildir. Ətraf Mühit Geoelmləri bölməsi, Peşəkar İşlər bölməsi və Enerji və Minerallar bölməsi daxildir. Cəmiyyət ilk dəfə Ay səthində gəzmiş ABŞ kosmonavtı Harrison Şmiti də sıralarına daxil etmişdir.
2006-cı ildə ANGA Maykl Kriçtonu "yenicə işıq üzü görmüş "Qorxu vəziyyəti" elmi-trillerinə görə" cəmiyyətin Jurnalistika mükafatına layiq görməsinə görə ciddi tənqidlərə məruz qalmışdır. Səbəb Kriçtonun global istiləşməyə və Yura Parkına dair skeptik fikirləri olmuşdur. Harvard Universitetinin Ətraf mühit mərkəzinin rəhbəri geokimyaçı Daniel Şraq mükafatı "tam utanclıq" adlandıraraq mükafatın təsisində "neft siyasətinin təsirinin və cəmiyyət tərəfindən peşəkarlığın çatızmamazlığının" mövcud olduğunu bildirmişdir. Bu hadisədən sonra mükafatın adı dəyişdirilərək "Mediyada Geoelmlər mükafatı" adlandırılmışdır.
1999-cu ildə də cəmiyyət rəsmi olaraq planetimizdə müşahidə olunan son iqlim dəyişikləyində insan faktorunun az ehtimallılığına dair fikirlərinə görə şiddətli tənqidlərə məruz qalmışdır. Amerika Dördüncü Dövr Cəmiyyəti Şurası mükafata tənqidində bunları yazır: "ANCG elmi cəmiyyətlər arasında qlobal istiləşmədə insan faktorunu danan yeganə cəmiyyətdir"
Assosiasiyanın Peşəkar İşlər bölməsinin dərc etdiyi məqalədə deyilir: "Qlobal istiləşmədə insan amilinin səbəb kimi göstərilməsi tutarlı faktlara söykənmir". Cəmiyyət həmçinin iqlim dəyişikliyinə dair Hökumətarası panelin məruzəsini "təhrif edilmiş və siyasiləşdirilmiş" adlandırmışdır,
lakin keçən ilin iyun ayında cəmiyyət iqlim dəyişilməsinə dair əvvəllər söylədiyi fikirlərin üzvlərinin böyük əksəriyyəti arasında müsbət qarşılanmamasına dair bəyanat vermişdir.