Amerika gavalısı

Amerika gavalısı (lat. Prunus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Amerika gavalısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerikadır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 8 m-dək olan, yarpağı tökülən ağacdır. Düz gövdəsi tükcüklü qabıqlı, iynəli budaqlı və açıq teksturalı çətirlidir. Enli çətirə malikdir. Yarpaqları növbəli yerləşir, oval formalıdır. Yarpaqların uzunluğu 2-4 sm-dir. Yarpağın yuxarı hissəsi tünd yaşıl, alt tərəfi hamar və açıqdır. Kiçik ağ çiçəkləri beş ləçəklidir və tək və ya qrupla yarpaqların qoltuğunda əməl gəlir. Açıq, ağ, tək çiçəklərin diametri 2,5 sm-dır. Meyvələri sarı və ya qırmızıdır. Şarşəkilli meyvələrin diametri təxminən (2,5 sm) 1 sm-dir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Boy artımı yazda və yayda daha aktivdir. Qışa davamlı, kölgəyə, quraqlığa və ya yanğına az davamlıdır. Çox vaxt öz təbii arealından kənarda əkilir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə Azərbaycanın bir çox rayonlarında becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dekorativ və kulinariya məqsədləri üçün istifadə edilir. Ağ çiçəkləri yazda dekorativdir. Amerika gavalısının 200-dən çox növü becərilir. Turş və şirin meyvəsi tər halda yeyilir və ondan mürəbbə, jele, çaxır hazırlanır. Onun hündür boyu küləyin sürətini azaldır. Yolların kənarında əkilir. Bir çox quş və heyvan meyvələrini, marallar budaq və yarpaqlarını yeyir. Kömüründən qırmızı boya alınır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]