Amerikan evdar qadın (ing. American Housewife) — 11 oktyabr 2016-cı ildə ABC telekanalında yayımlanan amerikan sitkom.[1] Əsas personaj özünə güvənən lakin artıq çəkisi olan Konnektikutun Uestport şəhərinin varlı məhəlləsində ideal arvadlarının lağı ilə qarşılaşan üç uşaq anası Keti Ottodur. 11 may 2017-ci ildə ABC seriyanı ikinci bir mövsüm üçün uzatdı.[2] 11 may 2018-ci ildə serial üçüncü mövsüm üçün uzadıldı. Mayın 10-da ABC televiziya seriyasını dördüncü mövsüm üçün uzatdı.[3]
Amerikan evdar qadın | |
---|---|
ing. American Housewife | |
Janr | Sitkom |
İlk baxış tarixləri | 11 oktyabr 2016 |
Rejissor | Sara Denn |
Prodüser |
Sara Denn Aaron Kaplan Kenni Şvarç Rik Biner Ruber Fleyşer |
Rollarda |
Keti Mikson Didrix Bader Meq Donnelli Daniyel Dimeqciyo Karli Hyuz Eli Bonq |
İstehsalçı ölkə | ABŞ |
İl | 2016—h.h |
Studiya | ABC Studios |
Dil | İngiliscə |
Mövsüm sayı | 5 |
Seriya sayı | 103 (Epizod siyahısı) |
Davametmə müddəti | 30 dəqiqə |
Telekanal | ABC |
IMDb | ID5396394 |
Amerikan evdar qadın | |
Vikianbarda əlaqəli mediafayllar |
4-cü mövsümün premyerası 28 sentyabr 2019-a planlaşdırılır.[4]
18 sentyabr 2015-ci ildə ABC-nin Sara Denn tərəfindən yazılmış pilot epizod ssenarisinin satın aldığı elan edildi. Bundan sonra layihə "Uestportun ən gombul 2-ci qadını" adlandırıldı. 28 yanvar 2016-cı ildə kanal 2016-17 mövsümü üçün pilot epizodunun çəkilişini bildirdi. Çəkilişlər Ruben Fleyşer tərəfindən idarə edilmişdir.[5][6]
Mərkəzi rolların kastinqi 2016-cı ilin fevralında başladı. Fevralın 17-də Keti Miksonun pilotda aparıcı rol oynayacağı elan edildi.[7] Martın 1-də Broaduey aktrisası Kerli Huycs, hazırda boşanmaqda olan varlı evdar qadınlardan biri rolunu qazandı. Martın 4-də Didriç Beyder, Katinin əri olaraq pilot layihədə öz rolunu aldı.[8][9]
12 may 2016-cı ildə kanal pilot mövsümü təsdiqlədi və ilk mövsümün istehsalına yaşıl işıq verdi.[10]
Sezon | Epizodlar | Yayımlanma tarixi | Reytinq | |||
---|---|---|---|---|---|---|
Premyera | Final | Sıralama | ABŞ izləyici sayı | |||
1 | 23 | 11 otkyabr 2016 | 16 may 2017 | |||
2 | 24 | 27 sentyabr 2017 | 16 may 2018 | |||
3 | 23 | 26 sentyabr 2018 | 21 may 2019 | 87 | 5,10[11] | |
4 | 21 | 27 sentyabr 2019 |