Amerikan qorxu hekayəsi (ing. American Horror Story) – Rayan Mörfi və Bred Felçak tərəfindən yaradılmış ABŞ istehsalı qorxu-triller teleserialı. Serialın hər mövsümündə müxtəlif qorxu hekayələrinə yer verilir, eyni aktyor heyəti hər mövsüm fərqli rolları ifa edir.[2]
Amerikan qorxu hekayəsi | |
---|---|
ing. American Horror Story | |
Janr |
Qorxu Erotik triller[1] |
İlk baxış tarixləri | 5 oktyabr 2011 |
Prodüser |
Aleksis Martin Uodall (1-3 mövsümlər) Patrik Makki Robert Vilyams |
Yaradıcısı |
Rian Mörfi Bred Falçuk |
Ssenarist |
|
Rollarda |
Konni Britton Dilen Makdermot Evean Peters Taissa Farminqa Denis O'Hare Cessika Lanq Zakari Quinto Cosef Fiennis Sara Poulson Lili Reib Lizzi Broçere Ceyms Kromuell Françes Konroy Emma Roberts Keti Beyts Maykl Çiklis Finn Uitrok Anqela Bassets Ues Bentli Mətt Bomer Kloe Seviqni Çeienne Cekson Ledi Qaqa |
Bəstəkar |
Ceyms Levin Mak QVayte |
İstehsalçı ölkə | ABŞ |
İl | 2011 |
Studiya | 20th Century Fox Television |
Dil | İngiliscə |
İlk çıxış tarixi | 5 oktyabr 2011 |
Növü | Teleserial |
Mövsüm sayı | 12 |
Seriya sayı | 132 |
Seriya vaxtı | 39-42 dəqiqə |
Davametmə müddəti | 44 dəq. |
Telekanal | FX |
IMDb | ID1844624 |
fxnetworks.com/region-fx | |
Vikianbarda əlaqəli mediafayllar |
Serialın birinci mövsümü "Qatil Ev" adlanır. Burada hadisələr 2011-ci ildə Los-Ancelesdə cərəyan edir. Hekayədə bir ailənin yeni evə köçməsi ilə başlarına açıqlanmaz hadisələr gəlməsindən bəhs edir. İkinci mövsüm olan "Psixiatriya Xəstəxanası" 1964-cü ildə Massaçusetsdə dəlixanada xəstələrin və işçilərin başına gələn hadisələrdən bəhs edilir. Üçüncü "Cadugərlər məclisi" adlı mövsümdə 2013-cü ildə Nyu-Orleanda cadugərlar və onları məhv etmək istəyən şirkətdən danışılır. Dördüncü "Anormallar Şousu" adlı mövsümdə hadisələr 1952-ci ildə cərəyan edir və burada qəribə görünüşdə doğulmuş insanlardan bəhs olunur. Beşinci mövsüm olan "Otel"-də hadisələr 2015-ci ildə sirli qətllərin baş verdiyi oteldən bəhs edilir.[3][4] Altıncı mövsüm "Roanoke"-da hadisələr 2014–2016-ci illərdə Şimali Karolinada cərəyan edir. Burada Roanoke koloniyası tərəfindən lənətlənmiş ferma evinə köçən cütlükdən bəhs edilir. "Təriqət" adlı yeddinci mövsümdə hadisələr Miçiqanda Prezident seçkiləri ərəfəsində baş verir, burada insanları vahiməyə salan təriqətdən bəhs edilir. Səkkizinci mövsümdə ("Qiyamət") adında olduğu kimi dünyanın sonundan bəhs edilir, "Cadugərlər Məclisi"ndən olan cadugərlər, "Qatil Ev"dən olan Şeytan ilə mübarizə aparırlar. Doqquzuncu mövsümdə ("1984") hadisələr 1980-ci illərdə Los-Ancelesdə cərəyan edir, burada yay düşərgəsinə yollanan gənclər və onları qovalayan qatildən bəhs edilir.
Amerikan Qorxu Hekayəsi serialı qısa vaxt ərzində böyük uğur qazanıb. Serialın əsas qəhrəmanlarından olan Cessika Lanq serialda göstərmiş olduğu performansa görə 2 Emmi Mükafatı, Qızıl Qlobus Mükafatı və Screen Actors Guild Mükafatlarına layiq görüldü.[5][6][7] Bu serial 2011-ci ildə ilk mövsümü ilə FX kanalının kabel kanalları arasında reytinqinin yüksəlməsinə səbəb oldu.[8] Serialın hər bir mövsümü yayımlandığı müddətdə FX kanalında ən çox baxılan serial olmuşdur.
Hadisələr 2011-ci ildə Harmon ailəsinin ətrafinda cərayan edir. Psixiatr Ben, həyat yoldaşı Vivien və yeniyetmə qızları Violet, Benin gizli münasibətdə olmasından və Vivienin abort etdirməsindən sonra Bostondan Los-Ancelesə köçürlər. Hormonlar burada təmir olunmuş bir imarətdə yerləşirlər, lakin sonradan buranın əsas sahibləri, Lanqonslar – Konstans və onun 2 uşağı (əslində 4 uşağı var), Teyt və Eddi və eybəcər doğulmuş Lerri Harvey. Ben və Vibien münasibətlərini düzəltməyə çalışırlar. Lakin Vibien depresiyadadır və o təsəllini Teytdə tapır. Lanqonlar və Lerri Harmonların həyatına təsir edirlər. Sonradan ailəyə məlum olurki, bu evdə vaxtı ilə yaşayıb sonradan ölmüş adamların ruhları hələ də qalmaqdadır. Mövsüm müasir dövrü əhatə etsə də müəyyən aralıqlarda 1920, 1940, 1960, 1970, 1980, 1990 və 2000-ci illərdən də söz açılır.
Hadisələr 1964-cü ildə baş verir. Massaçusetsdə yerləşən Breyklif Mental adlı ruhi xəstəxanasında ağır cinayətlər törətmiş psixi cəhətdən pozulmuş xəstələr saxlanılır. Xəstəxanada sərt xassiyətli Cud bacı və onun köməkçiləri Meri və xəstəxananın başçısı Monsiqnor xəstələrə nəzarət edirlər. Xəstələrin sağlamlıqlarına isə həkim Oliver Zredson və sadistik alim Artur Arden nəzarət edirlər. Lezbiyan Lana Uinters, qətl törətməkdə günahlandırılan Kit Ualker, seks həvəskarı Şelli və qatil olduğu iddia edilən Qreys Bertrand haqsız yerə xəstəxanaya salınan insanlardır. Onların başına fövqəltəbii hadisələrin gəlməsilə yanaşı, eyni zamanda buradakı nəzarətçilər və həkimlər tərəfindən onların üzərində xüsusi eksprementlər də həyata keçirilir.
2013-cü ildə baş verən hadisələrdə Salem əcinnələrindən xilas olmuş bir qrup cadugar yenidən təhlükədədir. Qohumluqla keçən bu irsdən olan gənc sirli qızlar, Nyu-Orleanda açılmış məktəbdə yaşayırlar. Onlar burada öz bacarıqlarını dərinliklərini öyrənir və həm də təhlükələrdən uzaq saxlanılır. Aralarında ən güclülərindən olan Fiona Qud bu məclisə qatılır, eyni zamanda öz planını həyata keçirməyə çalışır. Onun qızı Kordelia burada müəllimədir və yeni gəlmiş Zoe Bensonu qarşılayır.[9] Hadisələr Salemdən olan cadugarların münasibətləri, Nyu-Orlansın eləcədə tarıxın böyük qara magiyaçısı olan Kraliça Meri Liviau və dəbin siması olan serial qatil Delfi Lalauridən bəhs edir. Hadisələr 1970 və 1830-cu illərdən bir az bəhs etməklə ümumilikdə müasir dövrü əhatə edir.[9][10]
Hadisələr 1952-ci ildə Floridanın Yupiter şəhərində baş verir. Elza Marsın bu qəribə şousunda ölkəsin müxtəlif yerlərində doğulmuş, bədheybətə bənzəyən və insanlar tərəfindən qorxu ilə qarşılanan qəribə və eyni zamandada eybəcər görünüşlü insanlar yer alır.
Beşinci mövsümdə Kaliforniyanın Los-Anceles şəhərində Ceyms Patrik Mark tərəfindən inşa olunmuş dəhşətli və sirli qətllərin baş verdiyi Hotel Kortez otelindən bəhs olunur. Otelin sahibi 111 yaşlı vampir Elizabet, resepşn İrisdir. Oteldə ölən və kabusu burada qalan Selli, İrisin nankor və Elizabet tərəfindən vampirə çevrilmiş oğlu danovan, transseksual Liz Teylor hekayənin əsas qəhrəmanlarındandırlar. Müasir dövrdə cərayan edən serial eyni zamandada 1920, 1970, 1980 və 1990-cı illərdəndə bir az bəhs edir.
10 noyabr 2015-ci ildə serialın Roanoke adlı altıncı mövsümünün yayımlanacağı xəbəri verildi.[11] Rian Mörfi verdiyi açıqlamasında bildirib: "Növbəti mövsüm üçün Otel-dən daha fərqli bir şey hazırlayacağıq. Daha qaranlıq və daha sirli bir mövsüm olacaq." Rian Twitter səhifəsində Ledi Qaqaya növbəti mövsümdə iştirak edib-etməyəcəyini soruşduğunu bildirib. Daha sonra isə onun altıncı mövsümdə olacağı təsdiqlənib.[12] Serial 14 sentyabr 2016-cı ildə yayımlanmağa başladı. 10 seriadan ibarət olan mövsüm həmin ilin 16 noyabr tarixində başa çatdı.
4 oktyabr 2016-cı ildə serialın yeddinci mövsümünün olacağı bildirildi və premyerasının 2017-ci ilin sentyabr ayında baş tutacağı xəbəri verildi.[13][14][15] Produser Rian Mörfi serialın 4-cü mövsümü olan Qəribə Şou ilə əlaqəli olacağını, lakin müasir zamanda cərəyan edəcəyini bildirib. Sara Paulson və Evan Pitersin mövsümdə əsas rolları oynayacağı açıqlamalarda öz əksini tapıb.[13][15][16] 2017-ci ilin fevral ayında Mörfi Watch What Happens Live proqramına verdiyi müsahibəsində mövsümdə 2016-cı ildə baş tutmuş ABŞ Prezident seçkilərindən də bəhs olunacağı və obrazlardan birinin Donald Tramp olacağını bildirmisdir.[17]
12 yanvar 2017-ci ildə 8-ci mövsümün 2018-ci ildə yayımlanacağı bildirildi.[18]
12 yanvar 2017-ci ildə 9-cu mövsümün premyerasının 2019-cu ildə baş tutacağı təsdiqləndi.[18]