Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar[1]. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur. Burunun sahilində güçlü qabarma və çəkilmə hadisəsi müşahidə olunur. Çəkilmənin sürəti 7–10 km/s, qabarmanın sürəti isə 0,7–1 km/s olur. Qabarma və çəkilmə elə tez baş verir ki, su burulğanları əmələ gətirir. Bu isə kiçik gəmilər üşün təhlükə törədir.
Amerikanskaya Koşka | |
---|---|
Yerləşməsi | |
64°53′05″ şm. e. 176°14′31″ ş. u.HGYO | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|