Anadır (Yukagir dili Онандырь), (Çukot dili Йъаайваам) — Rusiyanın uzaq şimal-şərq dutaracağında yerləşir. Rusiyanın Çukot Muxtar Dairəsinin Anadır rayonu ərazisindən axır.
Anadır | |
---|---|
çuk. Йъаайваам | |
Ölkə | Rusiya |
Mənsəbi | Berinq dənizi |
Uzunluğu | 1152 km |
Su sərfi | 2.160 m³/s |
Su hövzəsi | 191000 |
Hövzəsinin sahəsi | 191.000 km² |
|
|
DSR[rus.] | 19050000112119000103602 |
Vikianbarda əlaqəli mediafayllar |
1648-ci ildə Semyon Dejnyov Anadırın mənsəbində qışlamışdır. Sonradan ərazi Çukçalarla tiçari əlaqə quran taçirlərin əsas qışlaq yerinə çevrilmişdir.
Çay haqqında ilk yazılı məlumatı Mixail Staduxin vermişdir. Sonradan isə Anadır çayını Dmitri Laptev araşdırmışdır. 1913-ci ildə P.İ Polevin ekspedisiyası zamanı Anadır çayının mənbəyi aşkarlanır. Hövzəsinin sahəsi və ona tökülən əsas qollar müəyyənləşir. Hövzənin xəritəsi tərtib edilir[1].
Yukagir dilində enu-en → anu-an → anu-on — «çay» mənasını verir. Çukot adı isə olan — Yaayvaam, yay — «qağayı», vam — «çay» anlamında işlədilir. Ola bilsin ki, Yaayvaam adı Kerek dilində olan Yaаyveyem sözündən əmələ gəlib.
Çayın uzunluğu 1150 km təşkil edir. Başlanğıçını Anadır dağlıqlarının mərkəz hissəsindən götürür. Çay Anadır körfəzinin daxilində yerləşən Onemen körfəzinə tökülür. Yuxarı axarlarda enzis və dərin yataqla axsa da, aşağı axarlarda isə düxənlikdən axdığında yataq genişlənir və dərinlik azalır. Mənsəbə yaxın eni 7 km təşkil edir.
Hövzəsinin sahəsi — 191000 km² təşkil edir. Hövzənin təbii sərhədləri qərbdə və şimal-qərbdə Anadır və Kolıma dağları, şimal və şimal-şərqə Çukot dağları, cənubdan Koryak dağları, cənub-qərbdə isə Çuvan və Penjins silsilələri ilə əhatələnir. Anadır hövzəsində 23595 göl vardır. Onların ümumi sahələri 3231 km² təşkil edir. Hövzəsinfə ən iri göl Krasnoye gölüdür.
Qışda havanın temteraturu -9° S təşkil edir. Sərt qış günləri -45°S-dən -61°S ola bilir. Yay günləri 14 °S olur. Hətta temperatur 32—33 °S təşkil etdiyi anlar vardır. Artıq sentyabrın sonlarında şaxtalar başlayır. Şaxtasız dönəm cəmi 50-75 gün davam edir. İllik yağıntının miqdarı 330–400 mm təşkil edir.
Sahil boyunca tundra bitkiləri yayılmışdır. Xüsusilə mamır və şibyələr daha geniş sahə turur. Sahillərində meşə demək olar ki yoxdur. Nadir hallarda Qara şam və Söyüdkimilər kimi bitkilərdə yuxarı axarlarda rast gəlinir.
Su canlıları ilə zəngindir[2]. Sularında 27 növ balıq yaşayır[3].
Anadır çayına çoxlu sayda çay tökülür. Onlar arasında uzunluğu 150–482 km olnan çaylarda vardır. Ən iri çayları: sağ — Yablon, Eropol, Mayn; sol — Çineyveem, Belaya, Tanyorer, Ubienka. Çayların uzunluğu 100 km təşkil edir.
Sahillərində Markovo, Ust-Belaya, Snejnaya, Vaeqi, Kançalan kimi yaşayış məntəqələri vardır. 100 km² əraziyə cəmi iki nəfər adam düşür.
Çay Markovo kəndinə qədər gəmiçilik üçün yararlıdır. Naviqisiya 1 iyundan 15 setyabra qədər a©ıq olur. Mənsəbdən olan məsafə:
Çay balıqçılıq üçün əlverişlidir. Hövzədən daş kömür çıxarılır, üstəlik qızıl ehtiyatları vardır[4].