Amil Avey

Amil Avey(tam ad:Amil Yusif oğlu Məmmədov, 28 yanvar 1953, Qazaxbəyli, Qazax rayonu23 noyabr 2020, Almaniya Federativ Respublikası) — Azərbaycan şairi, yazıçısı və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009)

Amil Yusif oğlu Məmmədov
Təxəllüsü Amil Avey
Doğum tarixi
Doğum yeri Qazaxbəyli kəndi, Qazax rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Almaniya
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti şair, yazıçı, publisist
Əsərlərinin dili Azərbaycan türkcəsi
Janrlar şeir, poema, esse, oçerk

Amil Avey 28 yanvar 1953-cü ildə Azərbaycanın Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur.[1] İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Qazax şəhər 1 saylı orta məktəbdə bitirmişdir (1970). Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam bölməsini bitirmişdir (1980). Əmək fəaliyyətinə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində fəhləliklə başlamışdır (1974). Bir müddət fəhlə yataqxanasında tərbiyəçi (1975-1978), N.Nərimanov adına mədəniyyət sarayında dərnək rəhbəri (1978-1979), “Kimyaçı” qəzetində müxbir (1980-1981), Azərbaycanfilm kinostudiyasında inzibatçı (1981-1982), “Müxbir” dərgisində redaktor (1982-1989), “Açıq söz” dərgisində redactor (1990-1991), “Türk dünyası” dərgisində məsul katib (1991-1992), “Azərbaycan dünyası” dərgisində baş redaktor (1992-1993) vəzifəsində çalışmışdır. Daha sonra “Müxalifət” qəzetində şöbə redaktoru işləmişdir. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. Ailəsi ilə birlikdə Almaniyaya müalicəyə getmiş və yaradıcılığını orda davam etdirmişdir..

2020-ci ilin noyabrın 23-də Almaniyada vəfat etmişdir.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdır. Daha çox folklor üslubunda yazıb yaratmışdır. Yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini kitab şəklində nəşr etdirməmişdir. Müəllifin poetik axtarışları “Gor andı” (2011), “Üzü Allaha tərəf” (2017) kitablarında toplanmışdır. Poeziya ilə yanaşı, publisistik fəaliyyətlə də ardıcıl məşğul olmuş, Azərbaycan mətbuatının inkişafına töhfə vermişdir. Onun çoxsaylı publisistik məqalələri “Azadlıq”, “Amerikanın səsi”, “BBC” kimi beynəlxalq radiostansiyalarda səsləndirilmişdir. Əsərlərini Amil Avey, Amil Avoğlu və başqa imzalarla nəşr etdirmişdir.

  • Azərbaycan tacirləri (Rafiq H. Əliyevlə). Bakı: “Səda” nəşriyyatı, 2002, 261 s.
  • Müasir jurnalistikamızın problemləri (dərs vəsaiti). Bakı: 2003
  • Gor andı (şeirlər). Bakı: “Xatun Plyus” nəşriyyatı, 2011, 211 s.
  • Üzü Allaha tərəf. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2017, 210 s.
  1. Amil Avoğlu: “Həqiqətin bir üzü, mətbuatın isə dörd və daha çox üzü var”
  2. "Jurnalist Amil Avey dünyasını dəyişdi". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Unudulan Bağanıs-Ayrım yarası