Aminat Şayan

Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.

Aminat Şayan
Şəxsi məlumatlar
Tam adı Aminat Şayan
Vətəndaşlığı Maldiv adaları Maldiv adaları
Doğum tarixi (29 yaş)
Doğum yeri
İdman növü Üzgüçülük
Boyu 157 ± 0,1 sm[1]
Çəkisi 50 ± 0,1 kq[1]
16 may 2017 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.[2]

Olimpiya Oyunları[redaktə | mənbəni redaktə et]

Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.

Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.[3] Şayan Ölkələrin Paradında Maldiv adalarının bayraqdarı idi.[4]

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Olympedia (ing.). 2006.
  2. "Aminath Shajan" (PDF). 2017 Islamic Solidarity Games. İstifadə tarixi: 14 May 2017.[ölü keçid]
  3. "Aminath Shajan". Sports Reference LLC. 15 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 August 2012.
  4. "The Flagbearers for the Rio 2016 Opening Ceremony". 2016-08-16. 2018-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.