Ammonium karbonat

Ammonium karbonat (NH4)2CO3 — karbonat turşusunun ammonium duzudur.

Ammonium karbonat
Ümumi
Kimyəvi formulu CH₈N₂O₃[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 1,6 q/sm³
Təsnifatı
CAS-da qeyd. nöm. 506-87-6
PubChem
ChEBI 229630
ChemSpider

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Ammonium karbonat-ağ kristalik maddədir. Rəngsiz kristalları suda asanlıqla həll olunur. Ammonium karbonat həm havada, həm də məhlulda qeyri-sabitdir, çünki artıq otaq temperaturunda ammonium hidrokarbonata çevrilərək ammonyak buraxır.

Müasir sintez, prosesin sadəliyini və aşağı qiymətini nəzərdə tutur. Bunu etmək üçün, NH3 qazını, CO2 qazını və su buxarını qarışdıraraq alırıq. Sürətli soyutma bu üsul üçün ilkin şərtdir.

Kimyəvi xassələr

[redaktə | mənbəni redaktə et]
  • Zəif əsas və zəif turşudan əmələ gələn duz kimi kation və anionda hidrolizə məruz qalır:


  • Əsaslarla və duzlarla reaksiyaya daxil olur:

Ammonium karbonat müxtəlif sahələrdə istifadə olunur:

  • qida sənayesində maya əvəzedicisi kimi;
  • ammonium sulfatın istehsalı üçün xammal kimi;
  • dəniz suyundan kalium çıxararkən maqnezium duzlarının çökməsi üçün;
  • boyaların tərkibində kosmetika istehsalında;
  • əczaçılıq sənayesində öskürək və ammonyak dərmanlarının istehsalında;
  • şərab istehsalında fermentasiya prosesini sürətləndirmək üçün;
  • yanğınsöndürmə üçün istifadə olunan maddələrin tərkib hissələrindən biri kimi tətbiq olunur.
  1. Справочник химика / Редкол.: Никольский Б.П. и др. - 3-е изд., Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
  2. Лидин Р. А., Андреева Л. Л., Молочко В. А. Химические свойства неорганических веществ: Учеб.пособие для вузов - 3-e изд., М.: Химия, 2000. - 480 с.
  1. 1 2 506-87-6 (ing.).