AMSOIL Inc. əsasən sintetik sürtkü yağları, yanacaq əlavələri və filtrləri hazırlayıb və qablaşdıran Amerika korporasiyasıdır. İstehsal və İdarəetmə mərkəzi Superior, Viskonsin şəhərində yerləşir. Şirkətin təsisçisi Albert J. Amatuzio 1960-cı illərin ortalarından axırlarına qədər bir neçə sintetik mühərrik yağı formulaları hazırlamışdır. O, 1968-ci ilə qədər kommersiya məqsədi ilə sintetik mühərrik yağı satışı etsə də.[1] 1972-ci ildə AMSOIL 10W-40 Sintetik Motor Yağı məhsulu ilə Amerika Neft İnstitutunun tələblərinə cavab verən dünyada ilk sintetik mühərrik yağı oldu və şirkət "The First in Synthetics®" şüarını rəsmi olararaq patentləşdirdi. Şirkət 1970-ci və 1980-ci illərin əvvəllərində sənayedə bir çox ilkləri yaradaraq bir neçə digər sintetik sürtkü yağı seriyalarını təqdim etdi. AMSOIL, Şimali Amerikada məhsullarını birbaşa marketinq modelinə uyğun olaraq müstəqil dilerlər şəbəkəsi vasitəsilə satışını həyata keçirir.[2]
Amsoil | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Neft və kimya |
Məhsulları | Sintetik sürtkü yağı, sintetik qres, mühərrik filtirləri, qida yağları |
Təsis tarixi | 23 may 1969 ) (Life-Lube inc. kimi, Inc.) |
Əvvəlki adı | Amzoil |
Baş qərargahın yeri | ABŞ, Viskonsin, Superior |
Struktur | |
İşçi sayı | 315 |
Bölmələr | ALTRUM - Health Division |
Rəhbərlik | |
Rəhbərlik | Alan Amatuzio (Prezident & CEO), Dean Alexander (Kommersiya direktoru) |
amsoil.com |
Albert J. Amatuzio Duluz, Minn şəhərində reaktiv qırıcı təyyarələrin eskadron komandiri vəzifəsində işləyərkən AMSOIL Inc şirkətini qurdu. Milli Hava Qvardiyasında işləyərkən qırıcı təyyarə mühərriklərinin dəqiq işləməsindən təsirlənərək, bu texnogiyanı avtomobil sahəsində də tətbiq etmişdir . Amatuzio 6 may 1924-cü ildə Dulutz, Minn şəhərində italyan mühacirlərinin ailəsində anadan olub. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra, Amerikan Donanma birliyinin tərkibində olan Dəniz Hava Qüvvələrinin təliminə qatıldı. Amatuzio İkinci Dünya Müharibəsindən sonra karyerasına Hərbi Hava Qüvvələrində davam etmiş, qısa zaman ərzində Dəniz Ticarət Piyadalarında xidməti vəzifəsini icra etmişdir. O, Amerikanın ilk operativ reaktiv qırıcısı olan F80 Shooting Star -ı idarə etmişdir. Anası xəstələndikdən sonra isə ailə biznesini idarə etmək üçün Duluza qayıtdı. Duluzda Amatuzio Milli Hava Qvardiyasına qoşuldu. Döyüşçü-pilot karyerası ərzində Amatuzio Uilyam Tell Havadan Havaya Atışma Müsabiqəsində və Earl T. Rik yarışmasında qalib olmuşdur.
Pilot olduğu müddətdə Amatuzio sintetik mühərrik yağları üzərində araşdırmalara başladı. Sintetik sürtkü yağları, səsdən sürətli uçuşun artan istiliyi və stressi səbəbindən yalnız reaktiv mühərriklərdə istifadə edilirdi və Amatuzio sintetik yağın üstünlüklərini avtomobil mühərriklərinə tətbiq etməyə çalışdı. O, bir neçə müxtəlif sintetik motor yağı formulaları hazırladı və 1968-ci ilə qədər avtomobillərin istifadəsi üçün sintetik mühərrik yağını kommersiyanal olaraq satırdı. 23 may 1969-cu ildə isə o, Minnesota Dövlət Departamenti vasitəsilə "Life-Lube, Inc." şirkətini təsis etdi. 1970-ci ilə qədər Amatuzio öz şirkətinin adını "AMZOIL" adlandırdı, sonradan "AMSOIL" olaraq dəyişdirdi.
1994-cü ildə Amatuzio Lubricants World Hall of Fame-a daxil edildi.
Amatuzio 1 aprel 2017-ci ildə vəfat etmişdir . Bu gün Amatuzionun oğlu Alan Amatuzio AMSOIL prezidenti və baş direktoru (CEO) vəzifəsini icra edir.
1972-ci ildə AMSOIL 10W-40 Sintetik Motor Yağı Amerika Neft İnstitutunun (API) xidmət tələblərinə cavab verən dünyada ilk sintetik mühərrik yağı oldu. Şirkət nailiyyəti etiraf etmək üçün "The First in Synthetics®" sloganını yaratdı.
Sintetik mühərrik yağları haqqında geniş məlumatsızlıq və bunun nəticəsində yavaş satışlar səbəbindən Amatuzio 1973-cü ildə Şimali Amerika AMSOIL Diler şəbəkəsinə başladı. Ənənəvi pərakəndə satış əvəzinə şəbəkə marketinqindən istifadə edərək, AMSOIL Dilerləri adi mühərrik yağı ilə müqayisədə məhsulun üstünlüklərini birbaşa avtomobil sürücülərinə çatdıra bilirdilər və şirkətin böyüməsinə kömək edirlər.[3]
AMSOIL məhsulları Şimali Amerikada müstəqil AMSOIL Dilerlər şəbəkəsi vasitəsilə paylanır. Onlar müstəqil sahibkarlardır və AMSOIL işçiləri deyillər. Onlar AMSOIL məhsullarını birbaşa son istifadəçilərə, məsələn, fərdi sürücülər, peşəkar mühərrik ustaları, yük maşını sürücüləri və çatdırılma parkları kimi satıcı və istifadəçilərə sataraq korporativ və pərakəndə mənfəət əldə edirlər. AMSOIL Dilerləri, həmçinin müştərilərin AMSOIL məhsullarını ala biləcəyi avtomobil hissələri mağazaları, təmir sexləri və yağ dəyişdirmə obyektləri kimi pərakəndə satış müəssisələrini pərakəndə satış mərkəzlərinə çevirir.[4]
AMSOIL külək turbinləri üçün sintetik sürtkü yağları hazırlayır. O, məhsulları birbaşa külək turbinlərinin komponentlərini istehsal edən şirkətlərə, eləcə də bütün dünyada külək turbinləri fermalarını idarə edən şirkətlərə satır.
AMSOIL məhsulları Beynəlxalq Distribütorlar vasitəsilə 60-dan çox ölkədə satılır.[5]
AMSOIL öz Texniki Satış bölməsi vasitəsilə birbaşa orijinal avadanlıq istehsalçılarına, iri kommersiyalara və sənaye müştərilərinə sürtkü yağlarını ixrac edir.
AMSOIL bir neçə motor idmanı tədbirlərinə, yarış seriyalarına, motosiklet mitinqlərinə, peşəkar sürücülərə və digər fenomenlərə sponsorluq edir. Nümunə kimi Sturgis Motosiklet Rally[6], Championship Off-Road, Ultimate Callout Challenge[7],[4] Team O'Neil Rally School[8],[9] ofroad driver Bryce Menzies və sairə sadalamaq olar. AMSOIL həmçinin Minnesota ştatının Duluz şəhərində AMSOIL Arena adlı buz hokkey meydançasının adını vermişdir.
AMSOIL yüzlərlə müxtəlif sintetik sürtkü yağları, filtrlər, yanacaq əlavələri və digər məhsulları istehsal edir və paylayır. Tipik 2 taktlı və 4 taktlı nəqliyyat vasitələri, minik avtomobilləri, yük maşınları, ağır yük maşınları, külək turbinləri, hidravlik avadanlıqlar, motosikletlər, dəniz motorları, kir velosipedləri, qar arabaları, qazonbiçənlər, zəncirli mişarlar və digər daxili yanma mühərrikləri daxildir.
AMSOIL Şimali Amerika Diler şəbəkəsi adından televiziya, çap və rəqəmsal vasitələr vasitəsilə yerli olaraq reklam edir. Dilerlər və beynəlxalq distribütorlar da fərdi bizneslərinə fayda gətirmək üçün öz yerli reklam kampaniyalarını həyata keçirirlər.