Amun Abdullahi (İsveç. Amun Abdullahi), ayrıca (İsveç. Amun Abdullahi Məhəmməd; 23 oktyabr 1974, Somali – 19 oktyabr 2024[1]) – Somali və İsveçli jurnalist, ictimai xadim, Somalinin Mogadişo şəhərində qızlar məktəbinin qurucusudur.
Amun Abdullahi | |
---|---|
Doğum tarixi | 23 oktyabr 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 19 oktyabr 2024[1] (49 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d][1] |
Fəaliyyəti | radio-jurnalist[d] |
Amun Abdullahi Somalidə anadan olub, 1990-cı illərin əvvəllərində ölkəsində baş verən silahlı qarşıdurmaların başlaması nəticəsində qaçqın kimi İsveçə köçüb. İsveçdə əvvəlcə Umeada, daha sonra Somali topluluğu ilə məşhur olan Stokholmun Rinkebyu bölgəsində və nəhayət Çistada yaşayıb, sonradan Mogadişoya dönüb.
Stokholmda, Sveriges Radio International - İsveç radiosunda çalışıb [İsveç] və İsveçdə olduğu müddətdə bir neçə yüksək kefiyyətə malik radio reportajları bir başa keçirib. Bununla bərabər 2009-cu ildə istintaqın nəticəsində Rinkebidəki gənclik mərkəzinin liderinin Somali İslamçı qrupu Harakat ash-Shababa gənclərini cəlb etdiyini açıqlayıb.[2]
Amun Abdullahi etiraf edir ki peşə fəaliyyəti dövründə dəfələrlə fiziki və intellektual hücumlara məruz qalmış, "işinə görə davamlı təhdidlər almışdır". O, həqiqəti söyləmək istəyən bir jurnalist üçün İsveçin 'Mogadişudan daha təhlükəli' olduğunu iddia edir.[3]