Moqadişo (somali. Muqdisho, ərəb. مقديش) — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır.
Şəhər | |
Moqadişo | |
---|---|
somali. Muqdişo ərəb. مقديشو | |
2°02′27″ şm. e. 45°20′33″ ş. u.HGYO | |
Ölkə | Somali |
Region | Banadir |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | X əsr |
İlk məlumat | 1331 |
Sahəsi | 91 km² |
Mərkəzin hündürlüyü | 9 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 2,120,000 nəfər (2015) |
Milli tərkibi | somalilər |
Dini tərkibi | islam |
Digər | |
mogadishu.info (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı. Siad Barre rejiminin devrilməsindən sonra Moqadişoda vətəndaş müharibəsi başlamış, 2006-cı ildə İslam Məhkəmələr Birliyi tərəfindən idarə olunmuşdur. Bir müddət sonra, şəhər əş-Şəbab və digər radikal qruplar qruplarının döyüş meydanına çevrilmişdir. 2010-cu ildə yeni hökumətin seçilməsində sonra, əş-Şəbab şəhərdən çıxarılmış və şəhərdə sabitlik olmuşdur.
Şəhərin adı fars dilində Məq'əd-i-Şah (مقعد شاه), "Şahın ağ oturacağı" mənasını daşıyır.[1] Moqadişo erkən fars təsirinin bir təzahürüdür.[1] Yerli dildə şəhər Xamar adlanır.[2]
Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Ənənə və köhnə qeydlərdə cənub Somalidə, o cümlədən Moqadişoda, erkən tarixi dövrlərdə Xoysan mənşəli ovçu-toplayıcılar yaşadığı iddia olunur. Yerli aristokratiya yaratmaq getmək istəyən Kuşti Rahanveyn (Diqil və Mirifl) klan ittifaqından olan xalqların gəlişi zamanı, digər Kuşti qrupları olan Oromo (Varday) və Ajuran (Ma'adanle) artıq sub-regionda öz yaşayış məntəqələrini təşkil etmişdir.[3]
Qədim Sarapion şəhərinin Moqadişonun sələfi olduğu güman edilir.[4] Birinci əsrdən qalma yunan səyahət sənədi olan Eritreya dənizinin periplusunda qeyd olunur ki, Moqadişo Somali sahilində ticarət limanlarından biri idi.[5] Periplusa görə, dəniz ticarəti Mogadişonun sakinlərini Hind okeanı sahili boyunca digər icmalarla bağlamışdır.[6]
Moqadişo Sultanlığı Emozeidi ərəblərin mühacirətindən sonra yaranmışdır.[7] Bu sonradan Somali-Ərəb federasiyasının hökmdarları olan Müzəffər sülaləsinə çevrilmişdir.[7] 12-ci əsr Suriya tarixçisi Yaqut əl-Həməvinin qeydlərinə görə, Moqadişo müasir somalilərinin əcdadları olan qaradərili berberlərin yaşadığı yer idi.[7]
Uzun illər Moqadişo Biladi-ul-Barbar-ın (azərb. Berberlərin torpağı) ən görkəmli şəhəri idi.[8] 1331-ci ildə mərakeşli səyyah İbn Bətutə, öz qeydlərində Moqadişonu zəngin tacirlərlə dolu olan "çox böyük şəhər" kimi təsvir etmişdir.[9] Bətutə şəhərin şimal Somalidə Berberadan olan Somali Sultanı Əbu Bəkr ibn Sayx Ömər tərəfindən idarə olunmasını da qeyd etmişdir.[10] Sultanın xidməti vəzirlər (nazirlər), hüquq ekspertləri, komandirləri, hərəm xidmətçilərindən və digər rəsmi şəxslərdən ibarət idi.[1]
1497–1499-cu illər arasında bölgəyə ekspedisiya edən Coao de Sa, səyahətçi Vasko da Qamanı müşayiət edərkən, jurnalında Moqadişonun mavrlar tərəfindən idarə olunduğunu qeyd etmişdi.[7] Dörd qüllələri ilə əhatə olunan şəhərin mərkəzində bir neçə mərtəbəli yüksək evlər və böyük saraylar var idi. De Sa və onun adamları Moqadişonu bombalayıb, sonra sahil boyunca cənuba davam səyahət etmişdilər.[11] Sonradan Haviye Somalisi, Ajuran dövlətini məğlub edib, və Müzəffərlərin idarəçiliyinin sonuna gətirilməsində uğurlu olmuşdur.[7]
1892-ci ilə Moqadişo Somalinin Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altına alındı.[7] Geledi Sultanlığı cənubi fil sümüyü ticarətini tamamilə və həmçinin Cubba və Hoose dərələri idarə edirdi. Moqadişoda Oman sultanların səlahiyyəti, əsasən nominal idi. Omanın İmam Azzan bin Qai şəhərdə qala qurmaq istəyəndə, Geledi sultanı Əhməd Yusufdan icazə tələb etmək məcburiyyətində idi.[12] Qaressa qalası nəhayət 1870-ci ildə inşa edildi.[12][13] Zanzibarın sultanı sonradan qalanı icarəyə götürmüş və tikdiyi infrastrukturu o italyanlar satdı.[14]
1905-ci ildə İtaliya Moqadişonu yeni qurulan İtalyan Somalisinin paytaxtı etdi. İtalyanlar şəhəri Mogadiscio adlandırırdılar. Birinci Dünya müharibəsindən sonra, şəhərin ətraf ərazisi bir az müqavimətdən sonra italyanların nəzarəti altına keçdi.[15]
Bunun nəticəsində, minlərlə italyanlar Moqadişoda məskunlaşıb və kiçik istehsal şirkətləri qurdular. İtalyanlar paytaxt yaxınlığında cənub bəzi kənd təsərrüfatı sahələrini, o cümlədən Cannaale və Villaggio Duca degli Abruzzi (indiki Cövhər) inkişaf etdirdilər.[16] 1930-cu illərdə Moqadişoda yeni binalar və xiyabanlar salınmışdır. Asfalt Strada Imperiale yolu inşa olunub, Əddis-Əbəbə və Moqadişo arasında əlaqə üçün nəzərdə tutulmuşdur.[17] 1940-cı ildə İtalyan Somalilərinin əhalisi 22,000 çatıb, şəhərin əhalisinin 44%-i sakinlərini (50.000 insan) təşkil edirdi.[18][19]
İkinci Dünya müharibəsindən sonra, Moqadişo italyanların idarə etdiyi Somali Güvən Ərazisinin on il paytaxtı olmuşdur.[20][21]
1960-cı il 26 iyunda Britaniya Somalisi Somalilend dövləti, onda beş gün sonra Somali Güvən Ərazisi (keçmiş İtalyan Somalisi) müstəqil oldu.[22] 1960-cı il 1 iyul, iki ərazilər Somali Respublikası şəklində birləşdirilmişdir və Moqadişo ölkənin paytaxtı oldu. Abdullahi İssa tərəfindən yaradılan hökumətdə, Hacı Bəşir İsmayıl Yusif Somali Milli Assambleyasının prezidenti, Aden Abdullah Osman Daar Somali Respublikasının Prezidenti və Abdiraşid Əli Şermarke (sonradan 1967-ci ildən 1969-cu ilə kimi prezident olmuşdur) baş nazir olmuşdur. 1961-ci il 20 iyulda məşhur referendum yolu ilə somali xalqı 1960-cı ildə tərtib edilmiş yeni konstitusiya ratifikasiya edib.[23] 1967-ci ildə Məhəmməd Hacı İbrahim Eqal Şermarke tərəfindən baş nazir təyin olmuşdur.
1969-cu il 15 oktyabrda Las Anod şəhərində səfərdə olarkən, Somalinin prezidenti Şermarke öz mühafizəçilərindən biri tərəfindən öldürülmüşdür. Onun sui-qəsdindən sonra, 1969-cu ilin oktyabrın 21-də hərbi çevriliş olmuş, Somali ordusu silahlı müxalifətlə qarşılaşmadan hakimiyyəti qansız ələ keçirmişdi. Bu hərbi çevriliş general-mayor Məhəmməd Siad Barre tərəfindən rəhbərlik olunurdu.[24]
Barre ilə yanaşı, Ali İnqilab Şurası (AİŞ) güclənmiş, Prezident Şarmarkenin sui-qəsdi polkovnik-leytenant Salaad Qabeyre Kediye və təhlükəsizlik müdiri Cama Korşel tərəfindən həyata keçirilmişdi. Kediyeyə rəsmən "İnqilabın Atası" adı verilmişdi, və Barre qısa bir müddət sonra AİŞ-in rəhbəri oldu.[25] AİŞ sonradan ölkəni Somali Demokratik Respublikası adlandırılmış,[26] keçmiş mülki hökumətin üzvlərini həbs etmiş, siyasi partiyaları qadağan etmiş,[27] parlament və Ali Məhkəməsi ləğv etmiş və konstitusiyanın fəaliyyətini dayandırmışdı.[28]
İnqilab ordusu müxtəlif irimiqyaslı ictimai işlər proqramlarını, Moqadişo stadionunu yaratmışdır. Sənaye və torpaq milliləşdirilməsi proqramı ilə yanaşı, Moqadişoda əsaslanan yeni rejimin xarici siyasət ərəb dünyası ilə Somalinin ənənəvi və dini əlaqələrinin tərəfdarı olmuş və nəticədə 1974-cü ildə Ərəb Liqasına qoşulmuşdur.[29]
1970-ci uğursuz Oqaden müharibəsindən sonra, Barre rəhbərliyi 1978-ci il dövlət çevrilişində iştirak şübhəsi ilə hökumət və hərbi rəsmiləri həbsinə başladı.[30][31] İddia edilən insanların əksəriyyəti inqilabçılara kömək etməsində təqsir olunmuş və edam edilmişdir.[32] Lakin, bir neçə vəzifəli şəxslər xaricə qaçmağı bacarmış və zorla Barre rejiminin sıxışdırılması həsr olunmuş müxtəlif müxalif qrupların formalaşmasında rol oynamışlar.[33]
1980-ci illərin sonunda Barrenin rejimi getdikcə qeyri-populyar oldu. Hakimiyyət orqanları daha totalitar oldu və müqavimət hərəkatları Efiopiyanın kommunist Derq rəhbərliyi tərəfindən ölkə daxilində yarandı. Bunun nəticəsində 1991-ci ildə vətəndaş müharibəsi başladı; Barre hökuməti devirildi və Somali Milli Ordusu buraxıldı. Bir çox müxalifət qrupları Barre rejiminin devrilməsindən sonra qalan güc vakuumu üçün rəqabət aparmağa başladılar. Birləşmiş Somali Konqress komandirləri olan General Mohamed Farrah Aidid və Əli Mehdi Mohamedin rəhbərli altında silahlı fraksiyalar paytaxt üzərində nəzarəti göstərmək nəticəsində toqquşdular.[34]
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 733 və 746-cı qətnamələrinə görə UNOSOM I yarandı, mərkəzi hökumətin dağıldıqdan sonra Somalidə ilk sabitləşmə missiyası. 3 dekabr 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 794-cü qətnamə yekdilliklə qəbul edildi, hansı ki, Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi Birləşmiş Millətlər sülhməramlı koalisiya təsdiq etdi. 1993-cü ildə BMT-nin sülhməramlı koalisiyası iki illik Birləşmiş Millətlər Somali Əməliyyatı II (UNOSOM II) başladı.[35]
Bəzi silahlı qüvvələr BMT qoşunlarının iştirakını onların hegemonluğu üçün təhlükə kimi şərh etdilər. Nəticədə, Moqadişoda yerli silahlı şəxslər və sülhməramlı arasında bir neçə gün döyüşlər oldu. Bunların arasında, 1993-cü ildə Aidid fraksiyasının lideri devirilməsi üçün, ABŞ qoşunları tərəfindən uğursuz cəhd olunan Moqadişo döyüşü idi.[36] 1995-ci ilin martın 3-də, əhəmiyyətli itkilərdən sonra BMT əsgərlərin ölkədən tamamilə çəkildi.[37]
2006-cı ildə İslam Məhkəmələr Birliyi (İMB), ölkənin cənub hissəsinin çoxunu ələ keçirib, orda dərhal şəriət qanunlarını tətbiq etdi. İki il əvvəl yaradılan yeni Müvəqqəti Federal Hökuməti (MFH), nüfuzunu bərpa etmək istədi. Efiopiya qoşunları, AMISOM sülhməramlıları və Amerika Birləşmiş Ştatlarının hava dəstəyinin köməyi ilə, MFH rəqib ICU-nu qovdu və öz idarəsini bərkitdi.[38] 2007-ci ilin 8 yanvarında, Ras Kamboni döyüşü qızışdığı zaman, MFH prezidenti və təsisçisi Abdullahi Yusuf Əhməd, Somali ordusunun keçmiş polkovniki vəzifəyə seçiləndən bəri ilk dəfə Moqadişoya girdi. Hökumət Baidoada müvəqqəti yerdən Moqadişoda Villa Somalia köçdü.[39]
Bu məğlubiyyətdən sonra, İslam Məhkəmələr Birliyinin bir neçə müxtəlif fraksiyalara bölündü. Bəzi fraksiyaların radikal elementləri, o cümlədən əş-Şəbab, MFH-yə və Somalidə Efiopiya hərbi iştirakına qarşı qarşı qiyam davam etməyə başladı. 2007-ci və 2008-ci boyunca, əş-Şəbab hərbi qələbələr nəticəsində mərkəzi və cənub Somalidə əsas şəhərləri və portda nəzarəti ələ keçirdi. 2009-cu il yanvarda, əş-Şəbab və digər silahlı dəstələr Efiopiya qoşunlarını geri çəkilməyə məcbur etməyi bacarıb, Afrika Birliyi sülhməramlı qüvvələrini geridə buraxaraq MFH qoşunlarına yardım etməsini məcbur etmişdi.[40]
2008-ci ilin 31 may və 9 iyun arasında, Somalinin federal hökumət nümayəndələri və İslamçı üsyançılar qrupunun Somalinin təzədən azad edilməsi üçün orta alyans (ARS) BMT-nin vasitəçiliyi ilə Cibutidə sülh danışıqlarında iştirak etmişdi. Konfrans imzalanmış razılaşma ilə sona çatıb, silahlı qarşıdurma dayandırılması müqabilində Efiopiya qoşunlarının çıxarılmasını tələb olundu. Parlament sonradan ARS üzvləri yerləşdirilməsi üçün 550 yerlə genişləndirilib, sonra yeni prezident seçildi.[41] 2009-cu ilin feval ayında Afrika Birliyi qoşunlarının kiçik bir komandasının köməyi ilə, koalisiya hökuməti ölkənin cənub yarısında nəzarəti geri almaq üçün əks-hücuma başladı.[42]
2010-cu ilin noyabr ayında yeni bir teknokrat hökuməti vəzifəyə seçildi, bir çox islahatlar, xüsusilə təhlükəsizlik sektorunda həyata keçirildi.[43] 2011-ci ilin avqustuna kimi, yeni rəhbərlik və onun AMISOM müttəfiqləri Moqadişonu əş-Şəbab qruplaşmasından tutmağı bacardı.[44] Moqadişo Somali diasporu, bələdiyyə orqanları və Somali tarixi müttəfiqi olan Türkiyə tərəfindən sıx yenidənqurma dövrünü yaşadı.[45][46]
2011-ci ildə əş-Şəbab terror təşkilatı Moqadişo şəhəri üzərində nəzarəti tam itirdi.[47] Buna baxmayaraq terrorçular paytaxtda vaxtaşırı hücumlar törədir.[47]
Moqadişo Hind okeanının Afrika buynuzu sahilində, Somalinin cənub-şərqində olan Banaadir inzibati rayonunda (qobol) yerləşir.[48] Şəhər Abdiaziz, Bondhere, Dayniile, Dharkenli, Hamar-Cacab, Hamar-Veyne, Heliva, Hodan, Havl Vadaq, Karan, Şanqani, Şibis, Vaberi, Vadacir, Vardhiqli və Yaqşid inzibati rayonlarına bölünür.[49] Şəhərin özəlliklərindən Hamarveyn köhnə şəhəri, Bakaara bazarı və Qezira çimərliyini qeyd etmək olar. Moqadişonun qumlu çimərliklərində parlaq mərcan riflərinə rast gəlmək olar.[50]
Şebell çayı mərkəzi Efiopiyada artır və Hind okeanının 30 km-də, Moqadişoya yaxın keçib, cənub-qərb istiqamətində dönür. Adətən fevral və mart aylarında quru olan çayın suyu şəkər qamışı, pambıq və bananın yetişdirilməsi üçün istifadə olunur.[51]
Ekvatora yaxın yerləşən şəhər üçün, Moqadişo nisbətən quru iqlimə malikdir. Cənub-şərq Somali kimi, şəhər isti və yarımsəhra ([[Keppenin iqlimlər təsnifatı]]nda BSH) kimi təsnif edilir.[52] Moqadişo ilə müqayisədə, Somalinin şimal şəhərlərində ümumiyyətlə isti quraq iqlimi olur (Köppen BWh).[52]
Moqadişo Holdric qlobal bioiqlim sxemində tropik tikanlı meşə biomunda və ya yaxınlığında yerləşir. Şəhərdə il boyu orta temperatur 30 °C, orta maksimum 24 °C və orta minimum 27 °C. Hər ildə 47 gün yağışlı olur, onlardan 12%-i gündəlik yağış ehtimalı ilə bağlıdır. Şəhərdə il ərzində orta 3,066 saat günəşli olur.[53]
Moqadişonun iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 30 | 30 | 31 | 32 | 31 | 30 | 29 | 29 | 29 | 30 | 31 | 31 | 30 |
Orta temperatur, °C | 26,5 | 26,5 | 28 | 29 | 28 | 27 | 31 | 31 | 31 | 27 | 27,5 | 27,5 | 27 |
Minimum orta, °C | 23 | 23 | 25 | 26 | 25 | 24 | 23 | 23 | 23 | 24 | 24 | 24 | 24 |
Mütləq minimum, °C | 19 | 19 | 19 | 18 | 18 | 18 | 17 | 18 | 18 | 18 | 16 | 16 | 16 |
Yağıntı norması, mm | 0,1 | 0,1 | 8 | 61 | 61 | 82 | 64 | 44 | 25 | 32 | 43 | 9 | 492,3 |
Mənbə: [54] |
Müvəqqəti Federal Hökuməti (MFH) 2004-cü və 2012-ci arasında Somalinin beynəlxalq səviyyədə tanınmış mərkəzi hökumət idi. Hökumətin icra filialı Moqadişoda yerləşirdi.
MFH-nin müvəqqəti mandatı başa çatması ilə paralel Somali Federal Hökuməti 20 avqust 2012-ci ildə yaradılmışdır.[55] Bu vətəndaş müharibəsi başlanandan bəri ölkədə ilk daimi mərkəzi hökuməti təmsil edir.[55] Somali Federal Məclisi hökumətin qanunvericilik filialı kimi xidmət edir.[56]
Mogadişonun bələdiyyə hökumətinə hazırda Yusif Hüseyn Cimaale rəhbərlik edir.[57] Bu yeni inkişaf təşəbbüsləri arasında, $100 milyon ABŞ dollarlıq şəhərin yeniləmə layihəsi var. Layihəyə zibilin xaric və yandırılması zavodlarının yaradılması, şəhər-geniş təmizləmə layihəsinin başlanması, asfalt və sement zavodlar yaradılması, Şəhər İcra Hakimiyyət və parlament binalarının bərpası, keçmiş Müdafiə Nazirliyi ofislərinin yenidən qurulması, cəzaçəkmə müəssisələrinin yenidən qurulması, reabilitasiya və səhiyyə obyektlərinin tikintisi, Polis Təhsil Mərkəzinin yaradılması, Somali Silahlı Qüvvələri üçün Casiirada daimi bazanın yaradılması, Somali poçta servisinin qərargahının bərpası, və müxtəlif rayonlarında ictimai meydançaları bərpası daxildir.[58]
2014-cü ilin yanvarında, Banaadir rəhbərliyi evləri nömrələmə və poçt kodu sisteminə başladı.[59]
Moqadişoda bir sıra ölkələrin xarici səfirlik və konsulluqları yerləşir. 2014-cü ildə, şəhərdə Cibuti, Efiopiya, Sudan, Liviya, Yəmən, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Uqanda, Nigeriya, Böyük Britaniya, Yaponiya, Çin və Qatar səfirlikləri əsaslanıb.[60][61][62]
2015-ci ilin mayında ABŞ Dövlət katibi Con Kerri ABŞ səfirliyini Moqadişoda bərpa etmək planını açıqlasa da, səfirliyin açılışının zamanını bildirməmişdi.[63] Həmin ayda Avropa İttifaqı Aİ nümayəndəliyinin ofisini şəhərdə açmışdır.[64]
Moqadişo ənənəvi olaraq ticarət və maliyyə mərkəzi olmuşdur. Avropa və Amerikaya kütləvi istehsal parça idxalından əvvəl, şəhərdə istehsal olunan tekstil, Ərəbistan yarımadasından İran körfəzinə, həm də Afrikanın daxili ərzində uzaq məkanlarına göndərilirdi.[65]
2011-ci ildə şəhərdə vəziyyətin sabitləşməyindən sonra, Moqadişonun iqtisadiyyatı sürətlə artdı. SomalFruit emalı zavodu və Coca Cola fabrikası yenidən açılmışdır.[58] 2012-ci ildə 1991-ci ildən bu yana cənubi Somalidə ilk kommersiya bankı olan First Somali Bank açılmışdır.
Moqadişoda bir neçə firmaların qərargahı yerləşir. Bunlardan Hormuud Telecom, Trans-National Industrial Electricity and Gas Company, Islamic Insurance Company, International Bank of Somalianı qeyd etmək olar.[66][67] Şəhərdə həm də milli pul orqanı olan Somali Mərkəzi Bankı yerləşir.[68]
Moqadişo çoxmillətli şəhərdir. Şəhərin əsas əhalisi ilkin olaraq buşmen aborigenlərdən, sonradan kuşt, ərəb və fars miqrantlardan ibarət olub.[69] Müxtəlif qrupların qarışığı Benadiri və ya Rir Xamar ("Moqadişonun insanları"), böyük Benadir bölgəyə xas bir kompozit əhalisinin yaranmasına səbəb oldu.[70] Müstəmləkə dövründə Avropa qürbətçiləri, ilk növbədə italyanlar, şəhərin kosmopolit əhalisini təşkil edirdi.
Bantu etnik azlıqların yaşayış yerinin əsas sahəsi tarixən Somalinin cənubunda kənd anklavı, xüsusən Cubba və Şabell çay dərələri, eləcə də Bakool və Bay bölgələri olmuşdur. 1970-ci illərin başlanğıcında, Bantular Moqadişo və Kismaayo kimi şəhər mərkəzlərinə köçməyə başlamışlar.[71] 1990-cı illərdə ölkədə baş verən vətəndaş müharibəsi, şəhərin demoqrafiyasına güclü təsiri olmuşdur.[71]
2012-ci ildə şəhərdə bir təhlükəsizlik vəziyyətinin düzəlişindən sonra, vətənini tərk etmiş somalilər investisiya imkanları üçün Moqadişoya qayıtmağa başladı.[72] Şəxsi səyləri və Somali Diasporu Korpusu kimi ictimai təşəbbüslərin vasitəsilə, onlar məktəblər, xəstəxanalar, banklar və digər infrastrukturun yenilənməsində iştirak edib və paytaxtın bərpasında aparıcı rol oynamışlar.[72][73] Bu hadisələr həmçinin yerli daşınmaz əmlak bazarın inkişafına güclü təkan vermişdi.[74]
Moqadişoda 2015-ci ildə 2.120.000 ətrafında əhali yaşayır və şəhər əhalinin ölçüsünə görə dünyanın 222-ci ən böyük şəhəridir.[75] 2014-cü ilin sentyabr ayından Somalinin Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Nazirliyi iki onillik ərzində Somalidə əhalinin siyahıyaalmasına başlayıb.
Arba'a Rukun Məscidi paytaxtda ən qədim İslam ibadət yerlərindən biridir. Məscid eyni zamanda Fakr ad-Din Məscidi ilə təqribən 667-ci ildə inşa edilmişdir.[76][77] İslam Həmrəylik Məscidi Səudiyyə Fəhd bin Əbdüləziz Al Səud Fondunun maliyyə dəstəyi ilə 1987-ci ildə inşa edilib. 10,000 tutumlu bu məscid, Afrika buynuzunda ən böyük məsciddir.[78]
Mogadişu kafedralı İtalyan Somalisinin müstəmləkə hakimiyyəti orqanları tərəfindən 1928-ci ildə inşa edilib. "Cattedrale di Mogadiscio" kimi tanınan kafedral, Siciliyada yerləşən Kelafu kafedralının əsasında norman qotik stilinda inşa edilib. Kilsə Moqadiscio Roma Katolik piskoposluğu ənənəvi qərargahı kimi xidmət edir. Kilsəyə vətəndaş müharibəsi zamanı ciddi ziyan dəymişdi. 2013-cü ilin aprelində kilsədə bərpa işləri başlanıb.[79]
Somali prezidenti Həsən Şeyx Mohamudun əsas iş yeri olan Villa Somalia, rəsmi yaşayış sarayıdır. Saray şəhərin yüksək yerdən Hind okeanına baxır və həm liman, həm də hava limanına çıxışı var.[80] Moqadişo Qubernator Sarayı İtalyan Somalisinin qubernatorunun, sonradan Somali Güvən Ərazisinin administratorunun qərargahı olmuşdur.
Bakaara bazarı Barre rəhbərliyi tərəfindən 1972-ci ildə yaradılmışdır. Bazar məhsul və geyim. o cümlədən mal və xidmətlərin satışı üçün açıq bazar kimi xidmət etmişdir. Vətəndaş müharibəsi başladıqdan sonra, bazar müxtəlif yaraqlı qruplar tərəfindən nəzarət altına alınıb, nların əməliyyatları üçün baza kimi istifadə olunurdu. 2011-ci ildə Moqadişonun sabitləşdirməsindən sonra bazarda bərpa işləri edilib.[81]
Digər bazarlardan Ansaloti bazarını qeyd etmək olar. Bazar 1990-cı ildə fəaliyyətə bağlanmasından əvvəl şəhərin ən böyük bazarlarından biri idi. sentyabr 2014-cü ildə, bələdiyyə orqanları, bazarın bütün hissələrində nəzarət rəsmiləri ilə, Ansaloti bazarını rəsmi olaraq ictimaiyyətə açdı.[82]
Somali Milli Teatrı paytaxtın mühüm mədəni dönüş nöqtəsi kimi 1967-ci ildə açılmışdır. 1990-cı ildə vətəndaş müharibəsi başladıqdan sonra bağlanan teatr, yenidənqurma işlərindən sonra 2012-ci ilin mart ayında yenidən fəaliyyət göstərməyə başladı.[83]
1960-cı ildə müstəqillik əldə etdikdən sonra Somali Milli Muzeyi yarandı. 1985-ci ildə Milli Muzey köçürüldü, sonra Qaresa Muzeyi adlandırıldı və regional muzeyə çevrildi.[84][85] Muzeydə köhnə pul, ənənəvi incəsənət, qədim silah və saxsı maddələr, o cümlədən bir çox mədəni əhəmiyyətli əşyalar saxlanılır.[86]
Moqadişo tarixən media mərkəzi kimi xidmət etmişdir. 1975-ci ildə Moqadişoda Somali Film Agentliyi (SFA) yaranmışdır. Bundan əlavə, Moqadişoda bir sıra radio xəbər agentlikləri yerləşir. Radio Mogadishu federal hökumət tərəfindən ictimai yayımlanır. 1951-ci ildə İtalyan Somalisində yaradılmış radio, ilkin olaraq somali və italyanca xəbərləri yayımlayırdı.[87] Stansiya 1960-cı ildə Somali müstəqillik əldə etdikdən sonra Rusiyanın köməyi ilə modernləşdirildi və somalicə, amharca və oromo dilində xidmətə başlamışdır.[88] Vətəndaş müharibəsinin nəticəsində 1990-cı ildə fəaliyyətini dayandıran radio, MFH tərəfindən erkən 2000-ci illərdə yenidən açıq elan edilib.[89] Şəhərdə yerləşən digər radio stansiyalarına, Mustaqbal Radio, Radio Şabel, Radio Bar-Kulan, Radio Kulmiye, Radio Dannan, Radio Dalsan, Radio Banadir, Radio Maanta, Qul FM, Radio Xurmo və Radio Xamar daxildir.[90]
Moqadişoda əsaslanan Somali Milli Televiziyası (SNTV) ölkənin mərkəzi dövlət tərəfindən yayımlanır.[91] SNTV 24 saat yayımlanır, Somalinin daxilində və xaricində yerüstü peyk platformaları vasitəsilə həm də baxıla bilər.[92]
Somali pop musiqisi vətəndaş müharibəsi əvvəl, Moqadişoda böyük tamaşaçı malik idi.[93] 2011-ci ilin şəhəri idarə etmək üçün hökumət radioda yenidən musiqi oynamağa icazə verdi.[46] 2013-cü ilin aprelində, Vaayaha Kusub ansamblı Barışıq Musiqi Festivalını təşkil etdi. Bu ölkədə son 20 ildə ilk beynəlxalq musiqi festivalı idi.[94][95]
Somali Milli Kitabxanası 1975-ci ildə Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi tərəfindən yaradılıb. 1983-cü ildə kitabxanada təxminən 7,000 kitab saxlanılırdı və kitabxana ümumi ictimaiyyət üçün açıq idi.[96] 1990-cı ildə Milli Kitabxana bağlandı. 2013-cü ilin iyununda, Siyasi Araşdırmalar İrsi İnstitutunun təşəbbüsün bir hissəsi kimi kitabxanaya ABŞ-dən 22,000 kitabın daşınmasını təşkil etdi.[97] Həmin ilin dekabrında Somali hakimiyyəti rəsmi Milli Kitabxana yenidən qurulmasına aid $1 million layihəyə start verdi. Layihə çərçivəsində, digər Ərəb Liqası ölkələrindən 60,000 əlavə kitablar gəlməsi gözlənilir.[98]
Moqadişoda bir çox sayda sxolastik institut yerləşir. Hökumətin şəhər bərpaetmə proqramı çərçivəsində şəhərdə yerləşən 100 məktəbin yenidən bərpa olunması və açılması planlaşdırılmışdır.[58]
Müstəmləkəçilik dövründə — 1950-ci illərdə Somali Milli Universiteti qurulmuşdur. 1973-cü ildə universitetin fakültələri genişləndirilmişdir. Somali Milli Universiteti növbəti 20 ildə böyümüş, fakültələrinin sayı 13-ə, işçilərinin sayı 700-ə, tələbələrinin sayı 15.000-nə çatmışdır. 14 noyabr 2013-cü ildə Kabinet yekdilliklə 1990-cı illərin əvvəllərində bağlanmış Somali Milli Universitetinin yenidən açılmasını dəstəkləyən hökumət planını təsdiq etmişdir. Yenidən bərpa işləri üçün 3,6 milyon ABŞ dolları xərclənmiş[99] və bərpa işləri 2014-cü ilin avqustunda tamamlanmışdır.[100]
Moqadişo Universiteti qeyri-hökumət universiteti olub Qəyyumlar Komissiyası və Universitet Şurası tərəfindən idarə olunur. Moqadişo Universiteti Somali Milli Universitetindən olan professorlar və digər Somali ziyalılarının düşüncələrinin məhsuludur. Universitet Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki İslam İnkişaf Bankı və digər ianə verən universitetlər tərəfindən maliyyələşdirilmişdir, burada 7 fakültədə yüzlərlə tələbə təhsil alır, bəzi tələbələr təqaüd proqramı sayəsində xarici ölkələrdə magistr dərəcəsini izləyirlər. Moqadişo Universiteti bir neçə akademik institut ilə əməkdaşlıq edir. Universitet Danimarka Olborq Universiteti, Misirdə 3 universitet, Sudanda yeddi universitet, Cibuti Universiteti, Yəməndə iki universitet ilə əməkdaşlıq edir. 2012-ci ildən Moqadişo Universitetinin hökumətlərarası EDU təşkilatının komissiyası ilə akkreditasiyası mövcuddur.[101]
1999-cu ildə hazırda Somalinin prezidenti olan Həsən Şeyx Mohamud tərəfindən Somali Nəzarət və Administrasiya İnstitutunun əsası qoyulmuşdur. İnstitut sonda SIMAD Universitetinə çevrilmişdir və 2010-cu ilə qədər Mohamud universitetin dekanı olmuşdur.[102] Universitet müxtəlif sahələrdə — iqtisadiyyat, statistika, biznes, hesabdarlıq, texnologiya, kompüter elmi, tibb elmləri, təhsil, hüquq və ictimai administrasiya sahələrində təhsil təklif edir.[103]
Benadir Universiteti (BU) 2002-ci ildə həkim yetişdirmək məqsədi ilə açılmışdır. Universitet daha sonra fakültələri sayəsində böyümüşdür. Şəhərdə yerləşən bir başqa üçüncü dərəcəli institut Camhuriya Elm və Texnologiya Universitetidir. Şəhərdə Türk İnternat Məktəbi də açılmışdır, Moqadişo Politexnik İnstitutu və Şabelle Universiteti isə bərpa edilmişdir. Bundan əlavə Yeni İslam Universiteti universitet şəhərciyi tikilməkdədir.[58] 2014-cü ilin aprelində baş nazir Abdivəli Şeyx Əhməd Moqadişodakı keçmiş meteorologiya məktəbinin təməlatma mərasiminda iştirak etmişdir.[104] Bundan başqa, Aden Adde Beynəlxalq Hava Limanında yeni Milli Aviasiya Təlim Akademiyası tikilir.[105]
Moqadişo Şəhər Universiteti 2012-ci ildə açılmışdır. Moqadişo Şəhər Universiteti qeyri-kommersiya təsisatıdır. Universitet cəmiyyətə keyfiyyətli təhsil, tədqiqat və xidmət verməyə çalışır. Universitet keyfiyyətli təhsilə olan zərurətdən qurulmuşdur və ABŞ ilə Kanada universitetlərində yüksək nəticələr göstərmiş və Şimali Amerika universitetlərində dərs vermiş bir çox professor universitetə gəlmişdir. Universitet akademiklərdən və qabağa çıxmış biznesmenlər tərəfindən təşkil olunmuş Himayəçilər Şurası tərəfindən idarə olunur. Şəhər Universiteti şəhəri bir çox yeni təhsil imkanı ilə tanış etmişdir: peşəkar səviyyədə dil (ingilis dili) öyrədən proqramlar, rəqəmsal kitabxanalar, elm və kompüterlər üçün laboratoriyalar, tanınmış institutlarda azı magistr dərəcəsi almış müəllimlər, kurikulum və s. Şəhər Universitetinin fakültələri, təchizatı və tələbələrinin mərkəzi pedaqogikası Somali gənclərinin həyatında nəzərəçarpan dəyişikliklər edir.
Moqadişo stadionu Barre dövründə Çin mühəndislərinin köməyi ilə 1978-ci ildə inşa edilib. Stadion əsasən Somali Kuboku və Somali Liqasının oyunları üçün istifadə olunurdu. Stadionda həmçinin Prezidentin ünvanları və siyasi mitinqlər, digər tədbirlər arasında keçirilirdi.[106] 2013-cü ilin sentyabrında, Somali federal hökuməti və Çin hökuməti ilə Somalidə Moqadişoda beş illik milli bərpa planının rəsmi əməkdaşlıq müqaviləsini imzalandı. Plan Çin hökumətinin bir neçə əsas infrastrukturun, o cümlədən Moqadişo stadionun yenidən qurulmasını daxil edir.[107]
Şəhərin digər stadionlarından Konis stadionunu qeyd etmək olar. 2013-cü ildə Somali Futbol Federasiyası abadlıq layihəsinə başladı və FİFA tərəfindən süni futbol sahəsi stadionunda quraşdırılmışdır. Əbdüləziz rayonunda Eks-Lujino basketbol stadionunda yerli Hormuud Telecom firmasının maliyyə dəstəyi ilə, $10,000 bərpa işləri başlamışdır.[108] Bundan əlavə, bələdiyyə orqanı Banadir stadionunda aparılan yenidənqurma işlərinə də başlamışdır.[58]
Müxtəlif milli idman orqanlarının Moqadişoda öz qərargahı var. Bunlardan Somali Futbol Federasiyası, Somali Basketbol Federasiyası, Somali Karate və Taekvondo Federasiyası və Somali Olimpiya Komitəsini qeyd etmək olar.[109]
Moqadişodan keçən yollar Somalinin digər şəhərləri ilə, eləcə də şəhəri qonşu ölkələrə birləşdirir. 2013-cü ilin noyabr ayında hava limanına gedən 23 kilometrlik yolun təmiri başa çatdı. Yol tikintinin təşəbbüsü Somali və Türkiyə hökumətləri tərəfindən imzalanan böyük müqavilə hissəsi idi.[110]
2012–2013-cü illərdə Moqadişo şəhər bələdiyyəsi Britaniya və Norveç hökumətləri ilə birlikdə, paytaxtın əsas yollarında günəş enerjisiylə işləyən küçə işıqları qurmaq üçün layihəyə başladı.[111] Norveçdən idxal olunan avadanlıqla, $140,000-lıq dəyəri olan təşəbbüs bir neçə ay davam etdi.[111]
Moqadişoda mikroavtobuslar ictimai nəqliyyatın ən işlənən növüdür. Şəhərində növbəti ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsi avtomatik rikşalardır. Rikşalara ümumiyyətlə qısa yollar üçün üstünlük verilir.[112] 2013-cü ilin iyun ayından şəhərdə iki taksi xidməti fəaliyyət göstərir.[113]
1980-ci illərdə, 1926-cı ildə italyanlar tərəfindən tikilən, İkinci dünya müharibəsi britaniya əsgərləri tərəfindən sökülən, Moqadişo və Covhar arasında olan 114 km dəmiryolu layihələrini bərpa olunması var idi.[114] İlk olaraq bu dəmiryolu Əddis-Əbəbəyə çatmaq üçün nəzərdə tutulmuşdur.[114] Yalnız Moqadişonun liman sahəsi daxilində bir neçə qalan relslər hələ də istifadə olunur.
1960-cı illərin ortasında Ədən Adde Beynəlxalq Aeroportu daha çox beynəlxalq daşıyıcıları yerləşdirilməsi üçün genişləndirilmişdi.[115] 1990-cı ildə vətəndaş müharibəsi zamanı, Ədən Adde Beynəlxalq Aeroportunun yolları və avadanlıqları tamamilə məhv olmuşdu.
2015-ci ilin yanvar ayına olan məlumata görə, Ədən Adde Beynəlxalq Aeroportundan Somalinin bir neçə şəhərindən başqa, Cibuti, Ciddə[116] və İstanbula reyslər mövcuddur.[117] Türkiyə Hava Yolları Moqadişoya həftədə dörd dəfə uçuşlar edir.[118] Bu Moqadişoya son iyirmi ildə uçan ilk beynəlxalq hava şirkətidir.[118]
Moqadişo portu və ya Moqadişo Beynəlxalq Portu,[119] ölkənin ən böyük limanıdır.[120][121] Vətəndaş müharibəsi dövründə zərər alan port, federal hökumətin Moqadişoda Port Reabilitasiya Layihəsi təşəbbüsü nəticəsində yenidən inkişaf və modernləşdirilməyə başladı.[121] 2013-cü ildə, Moqadişo portunun rəhbərliyi dəniz limanının mühüm əməliyyatları idarə etmək üçün İranın Simatech Shipping LLC şirkətinin nümayəndələri ilə razılaşdı.[121]
2013-cü ilin oktyabr ayında, 20 il müddətində Moqadişoda portunu idarə etmək üçün, federal kabinet Türk firması Al-Bayrak ilə müqaviləni təsdiq etdi.[122] Firmanın modernləşdirilməsi layihəsi $80 mln. məbləğində ölkəyə başa gələcək.[123]
Şəhərin tanınmış sakinlərdən model İman, repçi K'naan, atlet Zahra Bani, yazıçı Kristina Əli Farah, atlet Mustafa Mohamed, jurnalist Rageh Omaar, aktyor Barxad Abdi, siyasətçi Ayan Hirsi Əli, müğənni Saba Anqlana, Olimpiya çempionu Mo Farahı qeyd etmək olar.
|