Anıl Piyancı (17 iyul 1990, Qarşıyaxa, İzmir ili)[1]
Anıl Piyancı | |
---|---|
türk. Anıl Piyancı | |
Ümumi məlumatlar | |
Doğum adı | Anıl Piyancı |
Doğum tarixi | |
Doğum yeri | Karşıyaka, İzmir, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, prodüser |
Fəaliyyət illəri | 2010 - davam edir |
Janrlar | rep, hip-hop |
Albom şirkətləri |
Yeşil Oda Dokuz Sekiz Müzik |
Əlaqəsi | Sekiz |
Anıl Piyancı 17 iyul 1990 İzmir, Karşıyakada doğulan rep sənətkarıdır. Anadolu Universitetində beynəlxalq münasibətlərini oxuyan musiqi karyerasına çox gənc yaşda başlamış və bir çox proyektdə yer almışdır. 2007-ci ildə Yeşil Oda adlı bir studio qurmuşdur. Hal-hazırda da işlərini bu studioda davam etdirir. Rep vokalistliyindən başqa prodüser də olan olan sənətkarın Yeşil Oda studiosu nəzdində bir çox yeraltı sənətkarın albomlarında imzası vardır.[2]
Piyancı rep və hip-hop tərzindəki musiqilərə olan marağını kiçik yaşda kəşf etmiş, bu sahədə istedadlı olduğunu düşünərək ilk sözlərini 13–14 yaşlarında yazmağa başlamışdır. 14 yaşında ilk səsyazmasını edən rap sənətkarı eyni zamanda hip-hopun başqa bir qolu olan qrafitti sənəti ilə də illərlə məşğul olmuşdur.
Bu dövrdən sonra özünü tamamilə musiqiyə həsr etməyə qərar vermiş, yeraltı rep dünyasında ulduzu parıldayan və fanları qısa müddətdə artan rep sənətkarlarında olmağı bacarmışdır. Bir çox təşkilatda yer alaraq adını eşitdirən Piyancı rep dünyasının vacib adlarıyla birlikdə işləyib MC-lik etmişdir. 2006-cı ildən bu tərəfə albom işlərini davam etdirməkdə və çıxartdığı albomların videolarını internetdə yayımlamaqdadır.[1]
Piyancı 16 yaşında Yeşil Oda adlı ilk hip-hop studiosunu yaratmışdır. Piyancı 2012-ci ildə Grogi ilə Yetenek Sizsiniz Türkiye adlı yarışma proqramına qatılmış və burada ikinci mərhələdən üçüncü mərhələyə keçə bilməmişdir. Sonralar albom işlərinə davam edən Piyancı son dövrdə qurulmuş olan 8 nəfərlik qrup ilə bir çox yeni işlərə imza atmışdır. Peşəkar və rəsmi mənadakı ilk albomu olan Zaman Yok adlı albomunu ise 2013-cü ildə çıxartmışdır.[1]
21 may 2014-cü ildə YouTubeda yayımladığı Bi Duman Hip-Hop mahnısıyla yüksək səviyyəli bir çıxış edərək gənc rep dinləyicilərinin diqqətini çəkə bilmişdir. Bir Duman Hip-Hop markasıyla sanki bütünləşən və getdikcə işleri böyüdən bir həmləylə müxtəlid məhsullae və köynəklər hazırlanmağa başlandı.[3][4][5]
Ardıyca Anıl Piyancı 4 noyabr 2013-cü ildə yayımladığı Anıl Piyancı & Əmrah Qaraquyu feat. Şehinşah — Git video klipi ilə böyük bir şöhrət qazandı və yüksək sayda dinləyiciləri təsiri altına aldı.[6] Sonra DJ Artz, Allame, Defkhan və Hayki ile birlikdə Kara Para, Dj Artz, Ezhel və Patron ilə "I am the King", DJ Artz, Ezhel ve Grogi ilə "Bugün Biraz İçtim" mahnılarında yer aldı. "Adam Olmaz", "Kostüm", "Göründü Yol", "Boşver", "Palavra" və "Olmazsa Olmaz"dan sonra "Nasıl Yani" filminin mahnısını ifa etmişdir.Həmçinin 2017-ci ildə internet filmi olan Hilə filminin də mahnısının beatini hazırlayıb və özüdə ifa etmişdir. Hal-hazırda təxminən Youtubeda 487K abunəsi İnstagramda isə 354K takipçisi vardır.[7]
İl | Albom şirkəti | Növü | Adı |
---|---|---|---|
2010 | Solo albom | Popüler Konvoy[8] | |
2011 | Sinql | Eşitsizlik[8] | |
2012 | Albom | Sandığın Gibi Değil[8] | |
2013 | Yeşil Oda[9] | Albom | Zaman Yok |
2014 | Dokuz Sekiz Müzik[10] | Sinql | Herkes Doğru (feat. Sansar Salvo) |
2015 | Yeşil Oda[11] | Sinql | Derin Nefes Al (feat. Kei$An) |
2015 | Yeşil Oda[12] | Sinql | Müzik Ve Hayaller |
2015 | Dokuz Sekiz Müzik[13] | Albom | Action (feat. Emrah Karakuyu) |
2016 | Yeşil Oda[14] | Albom | Batı Yakası |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |