Ana İvanoviç — (6 noyabr 1987[1], Belqrad[1]) — Serb qadın tennis oyunçusu.
Ana İvanoviç | |
---|---|
serb-xorv. Ана Ивановић | |
Vətəndaşlığı | |
Doğum tarixi | 6 noyabr 1987[1] (36 yaş) |
Doğum yeri | |
Boyu | 184 sm |
Çəkisi | 69 kq |
Karyeranın sonu | 28 dekabr 2016 |
İşlək əli | sağaxay[d] |
Mükafat pulları | 9,268,865 $ |
Fərdi nəticələri | |
Fərdi titulları | 11 WTA, 5 ITF |
Ən yüksək fərdi mövqeyi | N. 1 (9 iyun 2008) |
Hal-hazırkı mövqeyi | N. 12 (9 iyul 2012) |
Avstraliya üzrə nəticə | Final (2008) |
Fransa üzrə nəticə | Çempion (2008) |
Uimbldon üzrə nəticə | 1/2 final (2007) |
ABŞ üzrə nəticə | 4-cü dövrə (2007) |
Cütlərdə nəticələri | 25–30 |
Cütlərdə ən yüksək mövqeyi | 50 (25 sentyabr 2006) |
Sayt | anaivanovic.com |
Sonuncu dəfə yenilənib | 9 iyul 2012 |
Vikianbarda əlaqəli mediafayllar |
Ana İvanoviç 2003-cü ildə peşəkar tennis karyerasına başlamışdır. 2003-cü ildə ən böyük müvəffəqiyyətini isə Barselona Açıq çempionatında final oynayaraq əldə etmişdir.
İvanoviç 2004-də Uimbledon turnirində yeniyetmələrdə oynadı. Ana finalda Katerina Bondarenkoya məğlub oldu. İkisinə seçmə hərhələdən qatıldığı cəmi beş turniri qazandı.(Malyorka, Qifu, Fukuoka, Fano, Batumi)
Ana karyerasındakı ilk təklər kubokunu Kanberrada finalda Melinda Czinkini məğlub edərək qazanmışdır. Avstraliya Açığa qatılan Ana, burada 3-cü dövrədə Ameli Morezmoya məğlub olmuşdur. Daha sonra Belçikada Antverpə qatılan Ana burada da 3-cü dövrədə məğlub olmuşdur. Dohaya qatılan Ana, Ameli Morezmoya 4-cü dövrədə məğlub olmuşdur. Dohadan sonra Ana, Dubay Açıq çempionatına qatılmışdır. Rus Vera Duşevinaya məğlub olan Ana turnirlə erkən vidalaşmışdır.
2010-cu ildə Avstraliya Açıq tennis turnirinə qatılan Ana ilk dövrədə Amerikalı Şenay Perri ilə qarşılaşdı. Rəqibini 6–2 və 6–3-lük setlərlə asan keçən Ana, ikinci dövrəyə adını yazdırdı. İkinci dövrədə Argentinalı raketka ustası Qisela Dulko ilə etdiyi matçı 6–7 6–8 (Tie Break), 7–5 və 6–4lük setlərlə məğlub olaraq 2010-cu il Avstraliya Açıq tennis turniri ilə 2-ci turda vidalaşdı. 2010-cu ilin özü üçün bir geri dünüş ili olaraq xarakterizə edən İvanoviç beləliklə 2010-cu ilə pis bir başlanğıc etmiş oldu. Fransa Açıq çempionatında 2-ci turda məğlub olan Ana 2 həftə sonra Uimbledon 1-ci turda məğlub olmuşdur. İlin son böyük dəbilqə serialı turnili olan US Open-da 4-cü turda məğlub olmuşdur.