Karolina Voznyatski və ya Karolina Vojnyatskaya (dan. Caroline Wozniacki, pol. Karolina Woźniacka) - Danimarkalı qadın tennisçi. Karolin son açıqlanan reytinqdə dünyada 1 nömrədir.
Karolin Voznyatski | |
---|---|
Vətəndaşlığı | |
Yaşadığı yer | Monte Karlo |
Doğum tarixi | |
Doğum yeri | Odense, Danimarka |
Boyu | 1.78 m |
Çəkisi | 58 kq |
Karyeranın sonu | 2021[2] |
İşlək əli | sağ əl |
Sağdan zərbə | tək əl ilə |
Soldan zərbə | iki əl ilə |
Mükafat pulları | 7,696,846 $ |
Fərdi nəticələri | |
Fərdi titulları | 12 WTA, 4 ITF |
Ən yüksək fərdi mövqeyi | N. 1 (11 oktyabr 2010) |
Hal-hazırkı mövqeyi | N. 7 (11 iyun 2012) |
Avstraliya üzrə nəticə | 4-cü tur(2008, 2010) |
Fransa üzrə nəticə | 1/4 final(2010) |
Uimbldon üzrə nəticə | 4-cü tur(2009, 2010) |
ABŞ üzrə nəticə | final(2009) |
Cütlərdə nəticələri | 30–43 |
Cütlərdə titulları | 2 WTA, 0 ITF |
Cütlərdə ən yüksək mövqeyi | 52(14 sentyabr 2009) |
Avstraliya üzrə nəticə | 2-ci tur(2008) |
Fransa üzrə nəticə | 2-ci tur(2010) |
Uimbldon üzrə nəticə | 2-ci tur(2009) |
ABŞ üzrə nəticə | 3-cü tur(2009) |
Sayt | carolinewozniacki.com |
Sonuncu dəfə yenilənib | 4 yanvar 2011 |
Vikianbarda əlaqəli mediafayllar |
Valideynlərinin polşalı olması səbəbiylə iki ana dili var. O danca, ingiliscə və rusca da danışır.
Voznyatski idmançı bir ailədə dünyaya göz açıb. Anası Anna Voznyatski bir zaman Polşa Milli Voleybol Komandasında oynamışdı. Atası Pyotr Voznyatski isə bir professional futbolçu idi. Almaniya milli futbol komandasında oynayırdı, lakin Danimarkaya köçənnən sonra Danimarka milli futbol komandasına transfer oldu. Böyük qardaşı Petrik Voznyatski də atası kimi futbolçudur. Hələ də Kopenhagendə Boldklubben Fremdə oynamaqdadır.
Karolina Voznyatski 2005-ci ildə, yəni hələ 15 yaşı olanda professional tennisçi oldu. 2005-ci ildə cuniorlarda bir neçə turnirin qalibi oldu. İlk WTA çempionatına isə 19 iyulda, Sinsinnatidə Petti Şneidere qarşı oynadı və məğlub oldu. Karolin Voznyatski 2010-cu ildə dünya reytinqində 1 nömrəyə yüksəlməyi bacardı.