Şoranı öldürgən (lat. Anabasis salsa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd+ 3cd. Azərbaycanın nadir növüdür.
Şoranı öldürgən | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Şoranı öldürgən |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Gövdəsiz, aşağıdan ağacvari, 5-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları ətlidir, alt və orta yarpaqları inkişaflıdır, 2-5 mm uzunluqdadır, yarımsilindrik, yuxarı hissədə azca genişlənmiş, kütvari, çox qısa, tez qopan, iynəli, qövsvari arxaya əyilmişdir; təpə hissədə yarpaqlar zəif inkişaf edir. Çiçəkləri tək-təkdir, yandan geniş yumurtavari, otvari, kütdür. Çiçək yarpaqcıqları qanadvari, kütdür, onlardan 3-ü dairəvi, 2 –si uzunsov-ovaldır. Meyvə şirəli, qırmızı, giləmeyvəşəkillidir.
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir. Kserofit-halofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Şorangəli –yovşanlıq qruplaşmalarının tərkibində rast gəlinir.
Abşeron, Qobustan (şərq hissəsi).
Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.
Otarılma, tapdalanma və infrastrukturun inkişafı səbəb ola bilər.
Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Yayıldığı ərazilərdə antropogen və texnogen təsirləri aradan qaldırmaq üçün xüsusi qorunma tədbirlərinin tətbiq olunması, populyasiya səviyyəsində genetik tədqiqi, gen banklarında saxlanılması, təbiətdə bərpasının təmin edilməsi, yeni biotoplarının müəyyənləşdirilməsi təklif olunur.