Anadır körfəzi

Anadır körfəziBerinq dənizinin ən böyük körfəzidir. Çukot yarımadası sahilində Çukot burnu və Navarin burunları arasında yerləşir.

Anadır körfəzi
rus. Анадырский залив
Ümumi məlumatlar
Tip körfəz
Dərin yeri 105 m
Tökülən çay Anadır çayı
Duzluluğu 28,5 
Yerləşməsi
64°00′00″ şm. e. 178°00′00″ q. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Anadır körfəzi xəritədə
Anadır körfəzi
Anadır körfəzi
Anadır körfəzi (Çukotka Muxtar Dairəsi)
Anadır
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Körfəzin daxilində Krest və Anadır limanı adlı körfəzlər yerləşir. Sahilində Anadır şəhəri yerləşir.

1648-ci ildə Semyon Dejnyovun ekspedisiyası zamanı aşkarlanmışdır. İlk xəritəsini 1665-ci ildə Kurbat İvanov tərtib etmişdir.

Körfəzin uzunluğu 278 km, eni girəcəkdə 400 km, dərinliyi — 105 m təşkil edir.

Günlük axınların sürəti 2,5-3 metrdir. İlin böyük qismi buzla örtülü olur.

Körfəzə Anadır, Kalçalan, Velikaya, Tumannaya çayı axır.

Burada dünyanın ən uzun burnu olan Meeçkın dili yerləşir.

Dəniz faunası

[redaktə | mənbəni redaktə et]

В акватории Анадырского залива отмечены 19 видов млекопитающих, из которых 7 видов занесены в Красную Книгу РФ.

Balinalar, Osa, Ağ ayı, Ağ balina və su itilər sularında rast gəlinir[1]. Burada Göy yengəc və bir necə molyusk növü yayılmışdır[2]. Sularında çoxlu sayda balıq növü yaşayır.

Sahillərində və dibində zəngin qaz, neft yataqları aşkarlanmışdır[3].

  1. "Anadır körfəzinin balina və suitiləri". 2010-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.
  2. "Anadır körfəzinin bioresursları". 2014-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-04.
  3. Полудеткина Елена Николаевна — Геохимические предпосылки нефтегазоносности Анадырского бассейна Arxivləşdirilib 2014-12-26 at the Wayback Machine (rus.)