Anadolu moruğu (lat. Rubus anatolicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Anadolu moruğu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Anadolu moruğu |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Kiçik Asiya, İran, Qafqaz və Orta Asiyada yayılmışdır.
Hündürlüyü 1-2 m olan koldur. Budaqları əyilmiş, üstü iynələrlə örtülmüşdür. Yarpaqların kənarları dişli, üstü tünd yaşıl, yumurtavaridir. Çiçəkləri ağ, tünd çəhrayı, çəhrayı-qırmızı rəngli, uzun (15-20 sm), düz süpürgələrdə yerləşir. Meyvələri qara, şarşəkilli, xırda (eni 9-13 mm), yeməlidir.
Rütubətə, istiyə davamlıdır. Çay kənarında münbit torpaqlarda yaxşı bitir.
Böyük Qafqaz, Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Qida əhəmiyətlidir. Meyvəsindən mürəbbə, şərbət hazırlanır. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur.