Anadolu tarixi – Qərbi Asiya yarımadası, Anadolu ətrafında yerləşən dövlətlər və sivilizasiyaları əhatə edir. Latınca Asia Minor adlanan bu coğrafi ərazi müasir Türkiyə ərazisində yerləşir. Qərbdə Egey Dənizindən, şərqdə Ermənistan sərhədindəki dağlara şimalda Qara Dənizdən və cənubda Aralıq dənizinə qədər uzanır.
Anadoludakı ilk sivilizasiya izlərinə orta və şərqi Anadoludakı arxeoloji tapıntılarda rast gəlinir. Burada qədim qədim xalqların – Xətti, Akad, Asar və Hitit sivilizasiyalarının qalıqları, xalqlarının gündəlik həyatları və ticarət həyatları ilə əlaqədar bir çox nümunələri qalıb.
Hititlerin süqutunda sonra Anadolunun qərb yaxasında Lidiyalılar və Frigiyalılar səhnəyə çıxıb. O dövrdə onlar üçün tək təhlükə olaraq Fars İmperiyası görünürdü. Lidyalıları yıxan farsların dövründə də Anadoluda liman şəhərləri inkişaf etdi və zənginləşdi. Zaman zaman üsyanlar olsa da bu üsyanlar çox böyük təhlükə yaratmadı.
Makedoniyalı İskəndər səhnəyə çıxandan və III Daraya qarşı qazandığı zəfərlərlə bütün bölgənin idarəsini ələ keçirəndən sonra onun ölümündən dərhal sonra, qazandığı torpaqlar güvəndiyi generallarından bir çoxları və ayaqda qalmağı bacaran Galya, Pergamon, Pontus və Misirdəki digər güclü hökmdarlar arasında bölüşüldü. İskəndərin payından ən çox hissəsini alan Selevkos İmperatorluğu, Romalıların iştahını qabartdı və Romalılar bölgəni parça parça ələ keçirdilər. Romalılar yerli rəhbərlərə böyük səlahiyyətlər verdi və əsgəri güc təmin edərək bölgəni gücləndirdi. Bunun nəticəsində Konstantin Konstantinapolda yeni bir şərq imperatorluğu olan Bizans İmperatorluğunu qurdu. Bizans ilkin dövrlərdə güclü olsa da sonradan rəhbərlikdəki laqeydlik və Moğol hücumlarından böyük zərərlər aldı.
Türklərin Anadoluya girməsindən sonra, Səlcuqlu və İlhanlı orduları qısa bir müddət içində Bizans torpaqlarının böyük qisimini və ticarət mərkəzlərini ələ keçərdi. Ən sonunda da Osmanlılar və II Mehmet ilə 1453-də Konstantinapolu fəth etdi və Bizans İparatorluğuna son qoydu.
Osmanlılar 1453-dən sonra uzun illər boyunca digər dinlərə də xoşməramlı davrandı və böuük müvəffəqiyyətliklə ölkənin sərhədlərini Şimal Afrikadan, Orta Avropaya qədər genişləndirdi. Rusiya ilə döyüşləri, pis rəhbərlik və ölkədəki digər xalqların qiyamları imperatorluğu zəiflətdi. İqtisadiyyatı düzəltmək üçün edilən islahatlar, ağır vergi və xərclər özünü göstərdi. Sonda ümidsizlik, imperatorluğu Almaniya və Avstriya ilə müttəfiq olaraq I Dünya Müharibəsinə qatılmağa məcbur etdi. Müharibədə uduzduqdan sonra sonra dövlətin əlində yalnız Anadolu torpaqları qalmışdı. Bu torpaqlara da yunanlıların göz tikməsi yeni döyüşlərin başlanğıcı demək idi. Yunanlıları məğlub etdikdən sonra Mustafa Kamal Atatürk 1922-ci ildə də Osmanlı İmperiyasını ləğv edib, Anadoluda yeni bir türk dövləti – Türkiyə Cümhuriyyətini qurdu. O zamandan bəridir ki, Türkiyə dövləti, Anadolu torpaqlarında varlığını müasir bir ölkə olaraq davam etdirməkdədir.