Anagirayabənzər qızılıakasiya (lat. Laburnum anagyroides)[1] — qızılıakasiya cinsinə aid bitki növü.[2]
Anagirayabənzər qızılıakasiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Klad: Klad: Triba: Cins: ???: Anagirayabənzər qızılıakasiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır.
5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür. Yarpaqlaması çiçəkləmə ilə eyni vaxta təsadüf edir. Çiçəkləri qızılı-sarı rəngdə olub, 17–25 mm uzunluqda, gümüşü tükcüklərlə örtülmüş saplağa malikdir, uzunluğu 10–20 sm olan salxım çiçək qrupunda yığılmışdır. Kasacığı düzgün olmayan zəngvaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Paxlası 5–8 sm uzunluqda, 8–9 mm enində, üst tərəfdən gümüşü, tükcüklü, qalın tikişə malik, toxumları qara, avqustda yetişir. Abşeronda kütləvi çiçəkləməsi üçün suvarılmalıdır. Meyvəsi zəhərlidir.
Torpağa tələbkar deyildir. İşıqsevəndir. Şaxtaya davamlıdır, sərt şaxtalarda cavan çətirləri donur, yazda isə bərpa olunur. Küləkdən qorunan sahələrdə əkilir.
Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə yaşıllıqlarda təsadüf olunur.
Tək əkinlərdə, yol kənarlarında istifadəsi məqsədyönlüdür.