Analar tammetrajlı televiziya tamaşası rejissor Tofiq Zeynalov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Tofiq Zeynalovnda istehsal edilmişdir. Xaraktercə iki bir-birinə tamamilə zidd olan analar filmin əsas mövzusudur. Əsas rolları Ətayə Əliyeva, Kübra Əliyeva, Bəsti Cəfərova və Ələkbər Hüseynov ifa edirlər.
Analar | |
---|---|
Analar | |
Janr | dram |
Rejissor | Tofiq Zeynalov |
Əsərin müəllifi | Əzizə Cəfərzadə |
Baş rollarda |
Ətayə Əliyeva Kübra Əliyeva Bəsti Cəfərova Ələkbər Hüseynov |
Operator | Tahir Atakişiyev |
Rəssam | Vaqif Məmmədov |
İstehsalçı | Azərbaycan televiziyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | tammetrajlı televiziya tamaşası |
Müddət | 59 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1988 |
Rəng | rəngli |
Səmədlə (Ələkbər Hüseynov) Aynur (Bəsti Cəfərova) cütlüyü bir-birilərini sevərək evləniblər. Onların övlad payları bu xoşbəxtliyi ikiqat artırıb. Lakin günlərin bir günü Aynurla bağlı üzə çıxan bir həqiqət bu xoşbəxt ailə ocağının üzərinə su tökür. Məlum olur ki, Aynur kimsəsiz uşaqlar evindən götürülərək anası saydığı Sənəm (Ətayə Əliyeva) tərəfindən böyüdülüb. Bu xəbəri eşidən qayınanası Zərbuta (Kübra Əliyeva) bu evliliyin bitməsi üçün əlindən gələni edir. Bir tərəfdə yad uşağını öz doğma balası kimi böyüdən ana, digər tərəfdən öz doğma oğlunun ailəsini dağıdan ana. Xaraktercə iki bir-birinə tamamilə zidd olan analar filmin əsas mövzusunu təşkil edir.
Əsər müəllifi: Əzizə Cəfərzadə
Rejissor: Tofiq Zeynalov
Operator: Tahir Atakişiyev
Rəssam: Vaqif Məmmədov
Ətayə Əliyeva — Sənəm
Kübra Əliyeva — Zərbuta
Bəsti Cəfərova — Aynur
Ələkbər Hüseynov — Səməd
Məcnun Hacıbəyov — Rəhman
Məsumə Rzayeva — Zübeydə
Samir Ələsgərov — Yunis
Televiziya tamaşalarının Azərbaycan teatr mədəniyyətinin təbliğində rolu...
Azərbaycan filmlərinin siyahısı
1988-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı