Ələkbər Hüseynov

Ələkbər Adıgözəl oğlu Hüseynov və ya Ələkbər əmi (7 iyul 1961, Bakı2 avqust 2007[1], Bakı) — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.

Ələkbər Hüseynov
Ələkbər Adıgözəl oğlu Hüseynov
Digər adı Ələkbər əmi
Doğum tarixi 7 iyul 1961(1961-07-07)
Doğum yeri
Vəfat tarixi 2 avqust 2007(2007-08-02)[1] (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Hepatit
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Afaq Hüseynova[2]
Fəaliyyəti aktyor, televiziya aktyoru
Fəaliyyət illəri 1983–2007
Təhsili
Mükafatları "Humay" mükafatı
Təbəssüm Ordeni
IMDb ID2928019

Ələkbər Hüseynov 1961-ci ildə Bakıda anadan olub. 1978–1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını (2007) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb.[3] Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Azərbaycan Dövlət Kukla Teatrı

  1. Pəri cadu (Ə. Haqverdiyev) — Qurban
  2. Bülbül (H. X. Andersen) — nağılçı; Çin imperatoru
  3. Qara rəngin nağılı (N. Bədəlov) — Aydın
  4. Tıq-tıq xanım (R. Əlizadə) — dirijor; qoca; müğənni
  5. Qar qız (A. Ostrovski) — Lel
  6. Keçəlin toyu (R. Əlizadə) — keçəl
  1. Yaşıl eynəkli adam (film, 1987)
  2. Analar (film, 1988)
  3. Etiraf (film, 1992)
  4. Köpək (film, 1994)
  5. Bala-başa bəla! (film, 1995)
  6. Təsadüfi görüş (film, 1999)
  7. Yaşıl eynəkli adam-2 (film, 1999)
  8. Yaşıl eynəkli adam-3 (film, 2002)
  9. Bir anın həqiqəti (film, 2003)
  1. 1 2 https://hafta.az/elekber-emi-dunyasini-deyisdi-68534-xeber.html.
  2. Milli.Az. "Ələkbər əminin inanılmaz ölüm səbəbi: Diş həkiminə gedib və..." (az.). Milli.az. 22.12.2017. 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  3. "Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi – Ələkbər əminin kədərli həyatı". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.