Anar Əliyev (müavin)

Anar Rəhim oğlu Əliyev (1980, Bakı) — Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini.[1]

Anar Əliyev
Anar Rəhim oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Beynəlxalq Hüquq fakültəsi
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti dövlət qulluqçusu
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2012

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1980-ci ildə Bakı şəhərində anadan olmuş;
  • 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirmiş;
  • 2002-ci ildə magistr dərəcəsi almış;
  • 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi almış;
  • 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi,
  • 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi,
  • 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləmiş;
  • 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olmuş;
  • 2018-ci ildə Nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilmişdir.[1]
  1. 1 2 3 "Prezident gənc kadrı nazir müavini təyin etdi". turkustan.info (az.)). 30.10.2018. 2020-11-25 tarixində orijinalından arxivləşdirilib.