Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi.[1][2]
Anar Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Mühəndis Qoşunları |
Rütbə | General-mayor |
Döyüşlər |
Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi • Zəngilan döyüşü • Qubadlı döyüşü |
Təltifləri | |
|
Hərbi təhsilini 1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988-1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-da Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir.
Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir. Qarabağ Müharibəsi və Silahlı Qüvvələr veteranıdır. Birinci Qarabağ müharibəsi və 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə “general-mayor” rütbəsi alıb[1]. 9 dekabr 2020-ci ildə "Zəfər" ordeni, 24 dekabr "Cəbrayılın azad olunmasına görə" medalı[3], 25 dekabrda isə "Xocavəndin azad olunmasına görə" medalı[4] və "Füzulinin azad olunmasına görə" medalları[5] ilə təltif edilib[6].
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
Vətən Müharibəsi
Qarabağ müharibəsi
Cəbrayılın azad edilməsi
Füzulinin azad edilməsi
Hadrutun azad edilməsi
Şuşanın azad edilməsi
Zəngilan döyüşü
Qubadlı döyüşü
"Zəfər" ordeni ilə təltif edilənlərin siyahısı