Anar Məmmədov (kikboksçu)

Anar Məmmədov(azərb. Məmmədov Anar Çingiz oğlu‎) — dünya çempionu, Azərbaycan Respublikasının idman ustası dərəcəsi sahibi, Azərbaycan Kikboksinq Federasiyası yığma komandasının üzvü.[1]

Anar Məmmədov
Anar Çingiz oğlu Məmmədov
Şəxsi məlumatlar
Tam adı Anar Çingiz oğlu Məmmədov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti Azərbaycanlı
Doğum tarixi (27 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İdman növü Kikboksinq
Karyera illəri 2010
Məşqçisi Eduard Məmmədov

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədov Anar Çingiz oğlu 02.02.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.2002-ci ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbə gedib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İdman Kariyerası[redaktə | mənbəni redaktə et]

2010-cu ildən idmanın Kikboksinq idman növü ilə Eduard Məmmədovun məşqçiliyi altında məşğul olub. Məşğul olduğu müddətcə 6 dəfə Azərbaycan çempionu, peşəkarlar arasında Azərbaycan kəmərinin sahibi olub.

Beynəlxalq yarışlarda iştirakı[redaktə | mənbəni redaktə et]

2012-ci ildə yeniyetmələr arasında WAKO dünya birinciliyinin gümüş mükafatçısı, 2014- cü ildə gənclər arasında WAKO dünya birinciliyin qalibi, 2015 ci il Serbiyada keçirilən kişilər arasında WAKO dünya çempionatının və 2016 WAKO Avropa çempionatının gümüş mükafatçısı, 2018 ci il WAKO Avropa çempionatının və 2019 dünya çempionatının bürünc mükafatçısı. 2015-2019 cu illərdə WAKO dünya kubokunun qalibi. 2021 ci ildə isə İtaliyada keçirilən WAKO kikboksinq dünya çempionatının qalibi olmuşdur.[2][3][4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Eduard Məmmədovun yetirməsi dünya çempionu oldu". bakisesi.com. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
  2. "Kikboksinq millimizin dünya çempionatındakı yeri bəlli oldu". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-11.
  3. "İdmançı Anar Məmmədov İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionu oldu". demokrat.az. 22 oktyabr 2021. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
  4. "Daha bir idmançımız Dünya Çempionu oldu". musavat.com. 22 oktyabr 2021. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.