Azərbaycan Kikboksinq Federasiyası

Azərbaycan Kikboksinq Federasiyası (qısa adı:AKF) — 1993-cü ildə yaradılmış idman federasiyası.

Azərbaycan Kikboksinq Federasiyası
Növü İdman Federasiyası
Yaranma tarixi 1993
Qeydiyyat tarixi 1993
Rəsmi dili Azərbaycan
Mərkəzi AZ-1033, Bakı şəhəri,
Sədr Adil Əliyev

Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaranmışdır[1]. İlk yarananda federasiyanın adı Azərbaycan Kikboksinq Federasiyası idi. Bir il sonra isə adı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası olaraq dəyişdirilmişdir.

1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur.

2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir.

2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq ƏsgərovRamiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar[1]. 2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur.

12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muaytay Tayboks Federasiyası.[1]

Üzvü olduğu təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  1. (1995-indi) — WAKO-nun (World Association of Kickboxing Organization) rəsmi üzvü.
  2. (1997–2002) — İAKSA-nın (International Amateur Kickboxing Sport Association) rəsmi üzvü.
  3. (1999–2009) — WPKA-nın (World Profi Kickboxing Association) rəsmi üzvü.
  1. 1 2 3 "Kikboksinq Azərbaycanda". 2012-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.
  2. "Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi" (az.). qafqazinfo.az. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.