Anar Məmmədov(azərb. Məmmədov Anar Çingiz oğlu) — dünya çempionu, Azərbaycan Respublikasının idman ustası dərəcəsi sahibi, Azərbaycan Kikboksinq Federasiyası yığma komandasının üzvü.[1]
Anar Məmmədov | |
---|---|
Anar Çingiz oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Tam adı | Anar Çingiz oğlu Məmmədov |
Vətəndaşlığı | Azərbaycan |
Milliyəti | Azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası |
İdman növü | Kikboksinq |
Karyera illəri | 2010— |
Məşqçisi | Eduard Məmmədov |
Məmmədov Anar Çingiz oğlu 02.02.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.2002-ci ildə Mikayıl Müşfiq adına 18 saylı orta məktəbə gedib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.
2010-cu ildən idmanın Kikboksinq idman növü ilə Eduard Məmmədovun məşqçiliyi altında məşğul olub. Məşğul olduğu müddətcə 6 dəfə Azərbaycan çempionu, peşəkarlar arasında Azərbaycan kəmərinin sahibi olub.
2012-ci ildə yeniyetmələr arasında WAKO dünya birinciliyinin gümüş mükafatçısı, 2014- cü ildə gənclər arasında WAKO dünya birinciliyin qalibi, 2015 ci il Serbiyada keçirilən kişilər arasında WAKO dünya çempionatının və 2016 WAKO Avropa çempionatının gümüş mükafatçısı, 2018 ci il WAKO Avropa çempionatının və 2019 dünya çempionatının bürünc mükafatçısı. 2015-2019 cu illərdə WAKO dünya kubokunun qalibi. 2021 ci ildə isə İtaliyada keçirilən WAKO kikboksinq dünya çempionatının qalibi olmuşdur.[2][3][4]